• Şikayət et

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul etdi.

Bizim.Media xəbər verir ki, XİN rəhbəri Azərbaycanın Kolumbiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edib.

Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulandı və iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu bildirilib.

Nazir, həmçinin səfirin Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dövrdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini söylədi və bu xüsusda, hazırda bölgədə mövcud olan münaqişə sonrası inkişaf barədə məlumat verib.

Səfir Luis Antonio Dimate Kardenas ölkəsinin ikitərəfli əlaqələrin inkişafına sadıq olduğunu qeyd edib.

Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə, habelə həyata keçirilən məlumat mübadiləsinə görə təşəkkür edib.

Səfir, ölkəsinin bölgədə dayanlıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu və bununla əlaqədar, 2020-ci ilin noyabr tarixli üçtərəfli bəyanatın tam icrasını dəstəklədiyini qeyd edib. 
Ceyhun Bayramov səfir Luis Antonio Dimate Kardenasa ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bizim.Media

Mənbə:
0
92
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar