“BMW markalı avtomobil “Kamaz”ın altına girib” - Aslanın ölümünün təfərrüatı

Xəbər verdiyimiz kimi müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib.

Anons.az xəbər verir ki, müğənni İbrahim Borçalı ARB TV-nin canlı efirinə qoşularaq Aslan Hüseynovun ölümü haqda danışıb:

"Mən də ora gedirəm. Bacıları, yoldaşı oradadır. Deyilənə görə maşın Qaradağ ərazisində "Kamaz”-ın altına girib. Maşında köməkçisi də olub. Hər ikisi dünyasını dəyişib". 

Qeyd edək ki,  Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb: "Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib".

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
101
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar