"Bizdə zəif çıxış edən futbolçu yoxdur" - Ramin Quliyev

"Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. 7-8 futbolçumuz oynamasa da, uğurlu nəticə qazana bildik. Futbolçularımı təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramil Quliyev səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, müdafiənin mərkəzində şans verdiyi Bəxtiyar Həsənalızadə və Ruslan Abışov tandeminin çıxışına toxunub: "Bizdə zəif çıxış edən futbolçu yoxdur. Bu gün istənilən oyunçu özünü yaxşı tərəfdən göstərdi".

O, matçın gedişində zədələnən Həsənalızadənin durumuna həkimlərin müayinəsindən sonra aydınlıq gələcəyini bildirib".

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar