• Şikayət et

Bir şirkət «Xalq Bank»dan kredit götürəcək, digər şirkət zamin duracaq – TOPLANTI 

Azərbaycanın tanınmış istehsalçı şirkətlərindən olan «NB QRUP» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. 

FED.az xəbər verir ki, yığıncağın əsas mövzusu «Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı» ASC-nin «Xalq Bank»dan kredit götürməsi üçün «NB QRUP» ASC-nin ona zamin durmasıdır. 

«NB QRUP» ASC səhmdarlarının növbəti ümumi yığıncağı 7 mart 2022-ci il saat 11.00-da Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti 85 , 31 nömrəli ünvanda keçiriləcək. Yığıncağın gündəliyinə «Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı» ASC-yə əsas vəsaitlərin alınması məqsədilə ASC “Xalq” Bankından götürülməsi nəzərdə tutulan kreditin təminatı qismində zamin¬lik müqaviləsinin bağlanılması və digər məsələlər aiddir. 

Şirkətin açıqlamasında deyilir ki, Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. 

Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Xatırladaq ki, «NB Qrup» ASC Azərbaycan Kimya Sənayesi sahəsində fəaliyyət göstərir, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir. 

Mənbə:
0
119
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar