• Şikayət et

Bazar və yarmarkalarda 9,5 milyard manatlıq məhsul satılıb

Ötən il Azərbaycandakı bazar və yarmarkalarda istehlakçılar tərəfindən 9,513 mlrd. manat xərclənib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə bu göstərici 2,1% azalıb.

Təkcə dekabr ayında istehlakçılara 844,2 mln. manatlıq məhsul satılıb ki, bu da noyabr ayı ilə müqayisədə 25% çoxdur.

Qeyd edək ki, ötən il bazar və yarmarkalarda aparılan ticarət əməliyyatları ümumi pərakəndə ticarət dövriyyəsinin 21,5%-ni təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 mlrd. manatlıq mallar satılıb. Bu, illik müqayisədə 3,2% çoxdur.
Mənbə:
0
132
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar