Avstraliyada yerli bloger Enber Lyuk göz içində tatu döydürərək, anomal hal yaşayıb.
AzerForum.Com xəbər verir ki, mavi mürəkkəblə göz rəngini dəyişən qız prosedurdan sonra mavi göz yaşları ilə ağlayıb.
Qızın sözlərinə görə, o, 5 il əvvəl tatu vasitəsilə göziçi rəngini dəyişmək qərarına gəlib:
“Bu döymə proseduru olduqca əzablı idi. Hər göz almasına 4 şpris inyeksiya olundu. Sonradan gözümdən mavi göz yaşları axanda anladıq ki, tatu ustası səhv edib. Mən az qala kor qalacaqdım. O həddən artıq çox rəng istifadə etmişdi. Sanki gözlərimə şüşə qırıntısı batırdı.
Görməm 3 həftə itdi. Mən mavi göz yaşı ilə ağlayırdım. Həkimlərin səyi ilə kor olmaqdan xilas oldum. Bu proseduru heç kimə tövsiyə etmirəm”.
Qız həmin hadisəni qabırğa üzərində mavi göz yaşlı qız tatusu ilə əbədiləşdirib .
Aygün Musayeva
BakuPost
Yay aylarının tələbatlı qidası ovdux, soyuq doğramac bəzi xəstəliklərdə əks göstərişdir.
AzerForum.Com xəbər verir ki, dietoloqlar bu xəstələrə doğramacı qadağan edir.
Mədə-bağırsaq, mədəaltı vəz xəstəliyi olanlara bu yemək olmaz.
“Ən faydalı doğramac kefirlə olandır. Lakin ona yağlı kolbasa, kartof çox qatmaq olmaz. Əslində təbii qida həzm sisteminə faydalıdır. Lakin mədə-bağırsaq xəstəliyi olanlara əksinə təsir edir.
Bağırsağın iltihabi xora, kolit, Kron xəstəliyi, mədə reflüksü, qastriti, iltihabı, pankreatiti olanlara qadağandır.
Eləcə də laktoza-süd keçirməzliyi olanlar, ürək xəstəliyində də bu qida olmaz.
Digər sağlam insanlar yalnız isti havada soyuq doğramac yeməlidir.
Onu kefir və ya ayranla hazırlayın”.
Aygün Musayeva
BakuPost
“Hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgər hadisəsi ondan xəbər verir ki, hələ də Müdafiə Nazirliyinin bəzi hərbi hissələrində intizamsızlıq davam etməkdədir”.
Bunu AzerForum.Com -a açıqlamasında hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Hərbi ekspert qeyd edib ki, bu hadisəyə görə əsgərin komandiri də həbs olunmalıdır:
“Bu qoşun xidmətinin təşkilinin çatışmazlığıdır. MN-də Qoşun xidməti şöbəsi birbaşa hərbi polisə tabedir. Qoşun xidmətinin təşkilinə həm nizam qaydaları, həm də nizam qaydalarının qorunması daxildir. Yəni, bu qurum daim hərbi hissələrdə qoşun xidmətinin vəziyyətini yoxlamalı, çatışmazlıqları aşkar etməli və özündə aktlaşdırıb müvafiq rəhbərliyə məruzə etməlidir. MN açıqlama verdi ki, əsgər hərbi hissəni özbaşına tərk edib və ona qarşı cinayət işi qaldırılıb. Amma hesab edirəm ki, tək əsgərə yox, həmçinin əsgərin komandiri, səhlənkarlıq edənlər də məsuliyyətə cəlb edilməldir. Çox əvvəllər əsgərləri Ordu İdman Klubuna ezam edirdilər. Ezam edilən zaman bu əsgərlər məşq adı ilə şəhərə çıxırdılar. Onların çox hissəsi heç idmançı deyildi. Bildiyimə görə bu sahəni bir az nizama salıblar”.
R.Məhərrəmov vurğulayıb ki, hərbi hisslərdə mütəmadi olaraq yoxlamalar keçirilməlidir:
“Vaxtı ilə Mərkəzi Ordu İdman klubunun rəhbəri Nəcməddin Sadıqovun ən yaxın adamı Elxan Məcidov idi. E. Məcidov idmançı olmayanlardan 20-30 min civarında məbləğ alırdı. Saxta sənəd düzəldirdilər ki, guya bu idmançıdır və N.Sadıqovun sərəncamı ilə hərbi hissələrdən Mərkəzi Ordu İdman Klubuna ezam edirdilər. Yəni, bütün bunlar intizamsızlıqdan, qoşun xidməti təşkilinin zəif olmasından irəli gəlir. Qoşun xidmətini gücləndirmək üçün mütəmadi olaraq hərbi hissələrdə, bölmələrdə yoxlamalar keçirilməli və belə faktları aşkarlanarsa, həmin şəxslər cəzalandırılmalıdır. Əsgər hərbi hissədə sürücü vəzifəsində deyilsə, hərbi xidmət etdiyi müddət ərzində, hətta məzuniyyətdə olduğu halda sərbəst, şəxsi maşını idarə etmə səlahiyyəti yoxdur. Əsgərin özbaşına hərbi hissəni tərk etməsi göstərir ki, o hərbi hissədə nizam-intizam aşağıdır. Hesab edirəm ki, Hərbi Prokurorluq bu məsələni axıra çatdıracaq. Bu işdə əli olan vəzifəli şəxslər cəzalandırılacaq və məsuliyyətə cəlb ediləcək”.
Fərid
Baku Post
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin maraqlı görüntüsünü paylaşıb.
AzerForum.Com xəbər verir ki, paylaşımda deyilir:
“İşğaldan azad olunmuş Zəngilan. Arzular gerçəkləşir!”
Azərbaycan əsilli milyarder Vahid Ələkbərov sanksiyalar səbəbindən Niderlanddakı mülkünü itirib.
AzerForum.Com  “Forbes.ru”ya istinadən xəbər verir ki, Vahid Ələkbərov gəmilərin təmir və inşa olunması üzrə “Heesen Yachts” müəssisəsinin səhmlərini müstəqil Niderland fonduna verib.
Müəssisənin rəsmi saytında yer alan məlumata görə, şirkət mayın 18-dən etibarən yenidən tam olaraq niderlandlılara məxsusdur.
Qeyd olunur ki, V.Ələkbərov “Heesen Yachts”ı 2008-ci ildə 100 milyon avroya əldə edib. “Lukoyl” şirkətinin həmtəsisçisinin özünün də iki yaxtası burada inşa olunub.
Xatırladaq ki, Vahid Ələkbərov cari ilin aprel ayında “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. Böyük Britaniya Ukraynadakı müharibə fonunda Rusiyaya sanksiya tətbiq edərkən V.Ələkbərovun da adını siyahıya əlavə edib.
Dünya şöhrətli müğənni Şakira həbs oluna bilər.
AzerForum.Com  xəbər verir ki, prokurorluq 2012-2014-cü illər ərzində 14,5 milyon avro vergidən yayınma və 6 müxtəlif ittiham üzrə Şakiraya qarşı cərimə və həbs cəzası tələb edir.
Müğənni buna etiraz etsə də, Barselona Məhkəməsi onun şikayətini rədd edib və mühakimə olunması qərarını verib.
Fərid
Baku Post
Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın zamanı iki nəfər yaralanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AzerForum.Com -a verilən məlumatda bildirilib.
Bildirilib ki, onlar ilkin zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28 000 kvadratmetr olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000 kvadratmetr hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin iki nəfər əməkdaşı yüngül xəsarət alıb.
Rus dili müəllimimiz vardı, olduqca fərqli biri idi. Yola getmirdik, amma onu sevirdim. Zövqlü idi, dəyişik idi, hər şey haqda açıq danışa bilirdi bizimlə, yenilikçi idi, müasir idi. Elə bilirdim ki, ona bənzəyirəm, elə bilirdim hədəflərimiz eynidir. Tez-tez qızları başına yığıb səmimi söhbətlər edərdi. Bir dəfə xatırlamıram, nəsə müzakirə edirdik. Mən mövzuya fikrimi bildirərkən sinif yoldaşıma onu aşağılamaq üçün “gedib bozbaş bişirərsən” deyib gülmüşdüm. Müəlliməm həmişəkindən çox-çox fərqlənən bir səs tonu ilə sözümü kəsib “Sevdiyin adama bozbaş bişirməkdən gözəl nə ola bilər ki, Nərmin” - demişdi. Bu cümlə, bu söz, o anki pərtliyim - bunlar yox, məhz o səs tonu qəribə şəkildə təsirləndirmişdi məni. O sərt qadından çıxan bu yumşaqlıqda böyük bir həqiqət vardı, hiss etmişdim.
İllər keçdi, böyüdükcə böyüdüm. O arzusunda olduğum yüksəkliyə doğru yüyürməyə başladım. Nəfəsim kəsildi, nəfəsim. Qalxmaq istədikcə düşdüm, sərtləşdim, kobudlaşdım, yoruldum, çökdüm. O deyilmiş, mənim yerim ora deyilmiş.
Bir də baxdım ki, evə qapılmışam, bir də baxdım ki, özümü xoşbəxt hiss etdiyim yer evdir, bir baxdım ki, bacardığım ən gözəl iş yemək bişirməkdir, bir də baxdım ki, ən çox ana ola bilirəmmiş…
İki gündür Lalə Azərtaşın məlum videosu ətrafında müzakirələr gedir. Təbii, xanımın ifadə tərzi o qədər də xoşagələn deyil. Amma məncə, bu qədər adamın narahatlığı məhz bu deyil. Siz hamınız ona görə cin atına mindiniz ki, mənzərəni fərqli təsəvvür etdiniz.
Məsələn, tanımadığınız, yad bir insan ayaqlarını suya qoyub və siz o ayaqlara toxunursunuz. Mənim də ürəyim bulandı, haqlısınız. Bir də başqa cür təsəvcür edək, sevdiyiniz insan oturub o adamın yerində. Fikriniz dəyişdimi? Mənim bulantım keçdi...
Beynəlxalq hüquqi normaları pozaraq, özgələrinin aktivlərini oğurlamaq bu işi görənlər üçün problemlərə səbəb olub və olacaq.
AzerForum.Com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Prezident ABŞ-ın Ukraynaya kömək məqsədi üçün Rusiyanın dondurulmuş hesab və aktivlərindən istifadə etməyə çağırışını şərh edərək, bu qanunsuz addımın səbəbkarlar üçün ciddi problem açacağını deyib:
“Beynəlxalq maliyyə, ticarət normaları və hüquqi qaydaları pozmaq heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq. Bu həmişə bunu edənlər üçün problemə çevrilib. Sadə dillə desək, özgələrinin aktivlərini oğurlamaq xeyirə səbəb ola bilməz” .
“Məsələ nə Çində, nə də Rusiyadadır. Məsələ digər çoxsaylı ölkələrdədir. Dövlətlər dünyəvi jandarm olmadan müstəqil siyasətlərini yürütmək istəyəcək. Bu təbii qlobal prosesdir və heç kim bunu dayandıra bilməz”, - deyə o əlavə edib.
Aygün Musayeva
BakuPost
Bakının Sabunçu rayonunun 28 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçiriblər.
AzerForum.Com -ın məlumatına görə, məktəbin direktoru Qənirə Əmircanova bildirib ki, 3 il əvvəl Prezident İlham Əliyev tərəfindən açılışı olan bu məktəbdə ölkənin tanınmış adamları, ziyalıları ilə görüşlər ənənə halını alıb:
“İstəyirəm şagirdlərimiz S. Rüstəmxanlı kimi dəyərli ziyalılarımızı, dövlət xadimlərimizi canlı görsünlər, onlarla ünsiyyət qursunlar”.
Xalq şairinin yaradıcılığından, gördüyü işlərdən geniş bəhs edən direktor vurğulayıb ki, S. Rüstəmxanlının əsərləri vətənpərvərlik hissinin aşılanması, milli ruhun yüksəldilməsi baxımından əvəzsiz xəzinədir.
Direktorun çıxışından sonra şagirdlər S.Rüstəmxanlının şeirlərini səsləndiriblər. Vətən Müharibəsi zamanı az qala dillər əzbərinə çevrilmiş “Millətəm” mahnısını oxuyublar. Daha sonra isə S. Rüstəmxanlının yazdığı ssenari əsasında çəkilmiş “Cavad xan” filmindən bir hissə təqdim olunub. Həmin hissə şagirdlər tərəfindən səhələşdirilib.
Tədbirə dəvət olunmuş Dövlət Dram Teatrının aktrisası Şəhla Əliqızı millət vəkilinin bir neçə şeirini oxuyub.
Sonda S. Rüstəmxanlı çıxış edərək, şagirdlərə maraqlı məsləhətlər verib, öz təcrübəsini bölüşüb.
Şagirdlərə tövsiyə edib ki, yaradılmış belə gözəl şəraitdən öz təhsillərini artırmaq, daha çox bilik əldə etmək, gələcəkdə ölkə, dünya üçün vacib şəxsiyyətə çevrilməkdə istifadə etsinlər.
Qeyd edək ki, 28 nömrəli tam orta məktəbin açılışı 2018-ci ildə olub.
25 mindən artıq əhalisi olan Sabunçu rayon Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yaşayanlar üçün tikilmiş məktəb 960 nəfərlik şagird heyəti üçün nəzərdə tutulub. Hazırda məktəbdə 2 mindən çox şagird təhsil alır.
BakuPost
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerForum.Com -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 792 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 45 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 692, bu günə qədər isə ümumilikdə 6 883 123 test icra olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan rayonuna səfəri ilə bağlı paylaşım edib.
AzerForum.Com xəbər verir ki, paylaşımda qeyd edilib:
"Yolumuz Zəngilanadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər ediblər.
AzerForum.Com xəbər verir ki, səfər zamanı qonağı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov müşaiyət edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu siyasətin aparılmasında mühüm xidmətləri qeyd edilib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistanın işğalına son qoyduğu, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan yarandığı, dövlətimizin başçısının tapşırıqları əsasında, onların könüllü, ləyaqətli və təhlükəsiz qayıdışının təmin olunması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Səfir Maniq bütün köçkünlərin geri qayıtmasının regionun bütün sakinləri üçün dinc və səmərəli birgə yaşayışa qapı açacağına ümid etdiyini bildirib.
Səfər zamanı Şuşa və onun tarixi haqqında almaniyalı səfirə ətraflı məlumat verilib. Qeyd edilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. İşğaldan azad edildikdən sonra Şuşada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Bildirilib ki, infrastrukturun yenidən qurulması ilə yanaşı, şəhərin tarixi siması və mədəniyyət abidələri də bərpa olunur. Etnik alman olan, Şuşa şəhərindən məcburi köçkün İrma Veberin dərs dediyi 1 nömrəli məktəbdə həyata keçirilən yenidənqurma ilə də tanış olub.
Dövlət Komitəsinin sədri almaniyalı alim Mixael Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını səfirə hədiyyə edib. Səfir kitabda Şuşa ilə Almaniyanın Vaymar şəhəri arasındakı mədəni oxşarlıq barədə söylənilən fikrə diqqət yetirib, Şuşa ilə Vaymar arasında əlaqələrin qurulmasına dəstək verəcəyini vəd edib.
Volfqanq Maniq Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərinin qoyulduğu mərkəzi meydana gedib. Qonaq sonra Şuşa şəhərində Xurşidbanu Natəvanın evi, Xan qızı bağı, Xan qızı bulağı, Xan sarayı, Üzeyir Hacıbəylinin heykəli və evi olan ərazilərdə, həmçinin Yuxarı Gövhərağa məscidi və Qazançı kilsəsi ilə tanış olub.
Səfir Şuşaya səfərin təşkilinə görə təşəkkür bildirib, şəhəri, Cıdır düzünü çox bəyəndiyini qeyd edib, imkan yarananda, yenidən buraya səfər edəcəyini deyib.
Cənubi Kuril şəhər xəstəxanası barədə məhkəmə 150 min rubl cərimə qərarı verib.
AzerForum.Com xəbər verir ki, buna səbəb xəstəxanaya gətirilmiş 6 yaşlı uşağa səhv diaqnoz və müalicə təyin edilməsi olur.
Ötən ilin dekabrında yüksək qızdırma və üz, gözün şişməsi əlamətləri ilə gətirilən uşağa həkimlər düzgün diaqnoz qoymadan, müəyyən dərmanlar və gözünə xiyar və çay paketi qoymaq tövsiyə ediblər.
Ana həkimlərin dediyini etsə də 2 günə uşaq ağırlaşıb. Reanimasiyaya çatdırılan xəstənin başında yumurta boyda irin kisəsi aşkarlanıb.
İltihablı haymor cibindən beyində abses yaranıb.
Uşağın kəlləsini açıb, beynin sanasiyası aparılıb.
Saxalin əyalətinin Səhiyyə Nazirliyindən bildirilib ki, xəstəlik tipik getməyib və əlamətləri yayındırıcı olub. Diaqnoz isə gecikmiş qoyulub.
Prokurorluq xəstəxanada yoxlamalar aparıb və iş məhkəməyə təqdim olunub.
Uşağı xilas etmək mümkün olub.
Aygün Musayeva
BakuPost
Rusiyada duz son 16 ildə ən yüksək qiymətə qalxıb. Aprel ayından başlayan bahalaşma hələ də davam edir, üstəlik məhsul qıtlığı var.
AzerForum.Com xəbər verir ki, Minpromtorq bunun səbəbini kütləvi ajiotajda görür. Ötən aydan insanlar duzu tələbatlarından çox almağa başlayıb.
Martda 1 kq duzun qiyməti 24% artıb, apreldə isə bu həyati vacib məhsulun dəyəri 32% yüksəlib.
Axırıncı dəfə duz 16 il əvvəl 2 rubl bahalaşmışdı.
Həmin dövrdə də buna səbəb Ukrayna ilə konflikt göstərildi.
Qeyd edək ki, Rusiya bazarlarında Ukrayna duzunun payı 40%-dən çoxdur.
2006-cı ildə cəmi bir ay ərzində aylıq ehtiyat bir neçə gündə alınıb bitdi. Qiymət 58% bahalaşmışdı.
Hazırkı defisiti də martdan Ukraynaya hərbi müdaxilənin yaratdığı bildirilir. İnsanlar illik ehtiyatını bir ayın içində alıb. Ruslar Ukrayna ilə vəziyyətin 16 il əvvəldə olduğu kimi duz defisitinə səbəb olacağını düşünür.
Rəsmilər isə hazırda piştaxtalarda kifayət qədər duzun olduğunu bildirir.
Rusiya özü duz istehsal edir, 2021-ci ildə ümumi 1,5 milyon ton duz istehsal olunub. Bu da tələbatın 60%-i deməkdir. İmport duzlar isə yerli əhali tərəfindən elə də çox alınmır. Hazırda əsas duz təminatçısı Qazaxıstan və Belarusdur.
Aygün Musayeva
BakuPost
Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, Fərid Qayıbovun əmri ilə onun yerinə Zaur Yaqubov təyinat alıb.
E.Həsənov bundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti olacaq.
Qeyd edək ki, E.Həsənov gənclər və idman naziri Azad Rəhimovun qaynıdır.
O, bu gün oxu.az-a müsahibəsində A.Rəhimovun qaynı olması və buna görə işdən çıxarılması ilə bağlı suala belə cavab verib: “Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, Azad Rəhimovun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib”.
Türkiyəli məşhur aktrisa Pınar Dəniz ötən axşam 75-ci Kann Film Festivalından qayıtdıqdan sonra İstanbul Hava Limanında görüntülənib.
AzerForum.Com xəbər verir ki, Kannda qırmızı xalçada geyindiyi libasla hərkəsi heyran edən Dəniz mətbuatın suallarını cavablandırıb.
O, “Yargı” serialındakı partneri aktyor Kaan Urgancıoğlu ilə eşq yaşadığı iddialarına cavab verib:
"Kaan mənim fotoma ürək smaylikini dəstəkləmək üçün qoymuşdu. Mən olsam mən də istifadə edərdim. Hətta "Səni sevirəm" də yazardım. Kaanın insanlığını və aktyorluğunu sevirəm. O, mənim üçün çox dəyərlidir", - deyə cavab verib.
Azərbaycanda ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyir.
AzerForum.Com xəbər verir ki, onlar bununla bağlı sosial şəbəkələrdə kampaniyalar keçirirlər.
Tələbələr bildirir ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, dövlət imtahanı verəcəklər.
Məsələ ilə bağlı AzerForum.Com -a Milli Məclisin təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev açıqlama verib.
Millət vəkili tələbələrin istəyini dəstəkləyib:
“Ali məktəblər dövlət imtahanını keçirməməklə bağlı qərar qəbul edə bilərlər.
İstər indi, istərsə də Sovet dövründə dövlət imtahanının keçirilməsi formal xarakter daşıyıb. Bu məsələdə tələbələrin tərəfindəyəm.
Əgər tələbə 240 kreditini toplayıbsa, ali təhsil haqqında bakalavr pilləsinin diplomu ona verilməlidir.
Uzun illər dövlət imtahanlarında çox neqativ hallara rast gəlinib, artıq öz əhəmiyyətini itirib. Dünyanın əksər ölkələrində öz ixtisası üzrə tələbəyə müəyyən iş verilir, 4-5 müəllim onu qiymətləndirir və bununla da bitir. İndiki şəraitdə dövlət imtahanları ləğv olunmalıdır. Tələbələrə əlavə maneə yaratmaq lazım deyil”.
Fəridə
Baku Post
Alimlər yeni elmi araşdırmada kompüter və televizor qarşısında çox əyləşməklə ürək xəstəlikləri arasında əlaqə və təsiri araşdırıb.
AzerForum.Com xəbər verir ki, Honkonq universitetinin alimləri 400 min britaniyalının genetik tibbi informasiyasını təhlil edib.
İlkin mərhələdə onlardan heç birində insult və ürək xəstəliyi yox idi.
Lakin 5 il sonra 2021-ci ildə bu xəstəlikləri olanların sayı 9000 nəfəri keçir.
Xəstələnənlərlə sağlamları yaşı, həyat tərzi, çəkisi, zərərli vərdişləri təhlil olunub.
Məlum olub ki, gündə 3-4 və daha çox müddətdə televizor, komputer qarşısında vaxt keçirənlərdə cəmi 1-2 saat baxanlara nisbətdə ürək xəstəliyi riski 16% yüksək, insult riski 10% çoxdur.
Alimlər bildirir ki, 11% hallarda ürəyin işemik xəstəliyinin qarşısını almaq olar, əgər insan komputer və televizor qarşısında keçirdiyi vaxtı 2 dəfə azaltsa.
“Divanda, televizor qarşısında vaxt keçirməyi azaltmaq ürək xəstəliklərinin profilaktikası üçün ən həlledici səbəblərdən biridir”.
Aygün Musayeva
BakuPost
Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nı təsdiq edib.
Sənədlə fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası müəyyənləşdirilib. Belə ki, qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq hazırlanıb.
ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyr-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Qeyd edək ki, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsi ilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək.
Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq.
ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.
Qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək.
Mütənasib ödənilmiş ƏDV-ə hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 000 manatlıq hissəsinin ƏDV-si hesablanır (18.0 %) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır.
Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq.
İqtisadçı, deputat
Vüqar Bayramov
Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
MN-dən AzerForum.Com -a verilən məlumata görə, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcəkdir.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib, müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək.
Bildiririk ki, hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır. Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik.