• Şikayət et

Bakupost.az - Sabah Ucarda qaz olmayacaq

Sabah Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.


Bu barədə AzerForum.Com -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.


Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” Qaz Paylayıcı Stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-da saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.
Mənbə:
0
52
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar