• Şikayət et

Bakıda iki yeniyetmə dəm qazından ZƏHƏRLƏNDİ

Bakının Sabunçu rayonunda dəm qazından iki nəfər zəhərlənib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisələr Zabrat və Ramana qəsəbələrində qeydə alınıb.

Ramana qəsəbəsində 2005-ci il təvəllüdlü Quluzadə Sənan yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Zabrat qəsəbəsində isə 2006-cı il təvəllüdlü Qəribov Sərdar Rafiq oğlu da hamam otağında zəhərlənib. 

Hər iki yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 

Mənbə:
0
184
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar