Azərbaycanda qətl hadisəsi baş verib

Azərbaycanda qətl hadisəsi baş verib

Azərforum "Report"a istinadən xəbər verir ki, dəhşətli hadisə Oğuz rayonunun Böyük Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.

0
2235
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar