Azərbaycanda bir gün iki dəfə zəlzələ olub

Ağstafada gün ərzində növbəti zəlzələ olub.

Bu barədə Anons.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu, Ağstafada son saatlarda qeydə alınan ikinci təbii hadisədir. Saat 1:21-də də Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
78
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar