Azərbaycan çempionatının oyununda kütləvi münaqişə - Bir kəllənin üstündə

U-16 Liqasının “Keşlə” – İCBFA (İskəndər Cavadov Bakı Futbol Akademiyası) oyununda kütləvi dava-dalaş baş verib.

Sportinfo.az xəbər verir ki, hadisə matçın 60-cı dəqiqəsində yaşanıb.

Səbəbkar isə meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov olub. O, rəqibə baş ilə zərbə endirdikdən sonra ara qarışıb.

Toqquşmada "Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də iştirak edib.

AFFA İntizam Komitəsi Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.

Mənbə:
0
59
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar