Adətən, təhsil sisteminə dünya təcrübəsinin misal göstərildiyi bütün müsbət nümunələr Finlandiyanın orta məktəbləri əsasında qurulur. Çoxları bu ölkədə şagirdlərin daha məntiqli, bütünçətin tapşırıqlara hazır olduqlarını düşünürlər.

Amma Finlandiya təhsil siyasəti ilə bağlı araşdırma aparan türkiyəli müəllimin dedikləri daha yeni faktları aşkara çıxarır.

AzEdu.az xarici mediaya istinad edərək, türkiyəli müəllimin dilindən Finlandiya orta məktəbləri ilə bağlı daha real faktları çatdırır:

“Finlandiyadakı araşdırmamı tamamlamaq üçün Riyaziyyatı tədris etdiyim sinfimdən müvəqqəti uzaqlaşmaq məcburiyyətində qaldım. Şagirdlərin diqqətini çəkən, onları motivasiya edə biləcək, yeniliyə meyilli dərslərin şahidi olacağıma, ölkəmə müasir təcrübə ilə qayıdacağıma ümid edirdim. Müasir təcrübəyə görə, qayıdandan sonra bu fənni özündə daha çox Riyaziyyat ehtiva edən, ağır dərs proqramı ilə tədris edəcəyimi, bunu şagirdlərə daha çətin və maraqlı məsələlərlə sevdirəcəyimi xəyal edirdim. Nə də olmasa, şagirdləri daha çox işlətmək mexanizmi müəllimliyin ilk ilindən beynimizə həkk olunub. Hamıdüşünür ki, dərslər daha həyəcanverici, diqqətçəkici olmalı, özündə xeyli mövzunu ehtiva etməlidir. Həmişə uğurumuzu günün sonunda nə dərəcədə yorğun olmağımızlaqiymətləndirir, sanki şagirdlərimizə də bunu aşılayırıq. Onlar isə yolun yarısında yorulur, elə bu səbəbdən məktəbə nifrət edirlər.

Finlandiyadakı dərslərdə yenilikçi, diqqətçəkici, qeyri-adi, əzbərə qarşı yönəlmiş dərslərlə qarşılaşmadım. Riyazi bilgisi daha çox olan şagirdlərə də rast gəlmədim. Hətta əsas riyazi qanunları xatırlaya bilməyən məktəblilərə də böyük diqqət və sevgi ilə yanaşırdılar.

Finlandiyada tədris müəllimlərin yüzillərdir tətbiq etdiyi ardıcıllığa əsaslanırdı: Onlar ev tapşırıqlarının üstündən keçir, dərs izah edirdilər. Şagirdlərin bəziləri diqqətlə qulaq assa da, digərləri fikri dağınıq halda çarəsiz sinifdə otururdular. Sonda imtahan verirdilər. Bir müddət əvvəl Amerika məktəblərində də tədrisin şahidi olmuşdum. Amma müqayisə etdikdə Finlandiyadakı tədris Amerikadakının yanında xeyli sönük qalırdı.

Bəs, finlandiyalı şagirdlərin az tədrislə uğur qazanmasının səbəbi nədir? Səbəbi çox sadə idi: Finlandiyalılar “az daha çoxdur” fəlsəfəsinə qəlbən inanırlar. Bu inanc ölkənin təhsil siyasətini idarə edir.Gördüyüm mənzərə məni çox təəccübləndirmişdi.

Amma Amerikada bunun tam əksi müşahidə edilirdi. Olar “çox daha yaxşıdır” fəlsəfəsini üstün tuturlar. Bu, amerikalıların təhsil siyasətini də işğal edib. Tədrisi əsasən, təzyiq, dərs, tapşırıq, iclas, imtahanla yaxşılaşdıracaqlarını düşünürdülər.

Az təhsil – çox seçim

Fin uşaqlar məktəbə 7 yaşdan başlayırlar. Bu ölkə onların sakitcə bir sinfəqapadılmasındansa, oynayaraq kəşf nələrisə etmələrinin tərəfdarıdır. Amma şagirdlər qətiyyən zehni cəhətdən geri qalmırlar. Onlar öyrənməyə həqiqətən hazır olduqları vaxtməktəbəbaşlayırlar. İcbari təhsil 9 ildir. 9 ildən sonra hər şey şagirdin istəyindən asılıdır. 16 yaşlı məktəbli bu 3 yoldan birini seçə bilər:

Normal məktəb həyatına davam - Bu üçillik proqram şagirdləri universitetə əsas sayılan yetərlilik testinə hazırlaşdırır. Sonillər məktəblilərin 40 %-i bu yolu seçir.

Peşə təhsili - Bu, şagirdləri peşə seçiminə, eyni zamanda yetərlilik imtahanına hazırlaşdıran proqramdır. Bu istiqaməti seçən şagirdlər istedadlarının ardınca gedir, daha çox təcrübəyə sahib olurlar. Onların 60%-ə qədəri peşə təhsilinə üstünlük verir.

Şagirdlərin 5%-dən azı isə 9 illik təhsilini sonlandırıb birbaşa iş həyatına atılır. Bu, onun şəxsi seçimi kimi qiymətləndirilir və məsləhət xaricində heç bir müdaxilə edilmir.

Qeyd: Finlandiyada bütün şagirdlərin riyaziyyat və kimya öyrənməyi, diplom almağı məcburi deyil.

Az dərs – çox istirahət

Dərslər saat 9-10 arasında başlanır, 2-3 radələrində isə bitir. Çünki araşdırmalar yeniyetmələrin səhər yuxusuna ehtiyacıolduğunu təsdiqləyib. Gündəlik hər biri 75 dəqiqəolmaqla 3-4 fənn tədris olunur. Dərsarası tənəffüslərin sayı Amerika ilə müqayisədə çoxdur. Araşdırmalara görə, finlandiyalı müəllim ildə ortalama 600 saat dərs keçir. Amerikalı müəllimdə isə bu say 1080-dir. Finlandiyada dərsi olmayan müəllim və şagirdi hər hansı tədbir və məşğuliyyətlərlə məktəbdə saxlamamağa çalışırlar.

Az müəllim – çox diqqət

Fin şagirdlərə adətən, məktəbin ilk 6 ilində eyni müəllim dərs deyir. Müəllim 6 il dərs dediyi şagirdlərin psixologiyasından tutmuş, qavrama qabiliyyətlərinə qədər hər şeyi daha dərindən dərk edir,onun zehni inkişafını təqib edir. Bu, uşaqları uğura daha da yaxınlaşdırır. Məktəblinin nizam-intizamla bağlı problemi olduqda müəllim onunla daha diqqətli davranmalıdır. Əks təqdirdə, 6 il boyunca onun əziyyətiniçəkməli olacaq.

Bu sistem yalnız şagirdin diqqət, qayğı ilə əhatə olunması deyil, həm də müəllimin sinfi bütünlüklə ələ alması üçün faydalıdır. Həmçinin, müəllimə tədrisi şagirdlərin anlama sürətinə görə tənzimləmək icazəsi verir. Sonrakı müəllimlər barədə də 6 illik müəllimlər qərar verirlər. Onlar şagirdlərinin hazırlıq səviyyəsinə bələd olduqlarına görə, tədrisi planlaşdırırlar.

Ali təhsil müəssisələrinə qəbul prosesində ixtisas qrupları üzrə II cəhd imtahanlarının keçirilməsinə başlanılır.

Qəbul imtahanları və təhsil keyfiyyəti kimi məsələlərlə yanaşı, təhsil haqlarının miqdarı da narazılıqlara səbəb olur. Əksəriyyət, universitetlərdə tədrisin keyfiyyətinin aşağı olduğunu və məbləğin buna dəymədiyini qeyd edərək, öz etirazını bildirir.

Bəs bu nə dərəcədə doğrudur? Təhsil haqqları hansı meyarlar əsas götürülərək nəzərə alınmalıdır?

Mövzu ilə bağlı qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bir neçə universitet istisna olmaqla qalanlarında keyfiyyətin elə də yüksək olmadığını bildirib:

"Tələbələrə yüksək təhsil verildiyi zaman, təhsil haqqı məbləğinin yüksək olmasından söhbət gedə bilər. Əks halda verilən təhsillə universitet tərəfindan alınan ödəniş üst-üstə düşmür. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi, ADA, Xəzər Universiteti kimi universitetlər istisna olmaqla, digər ali təhsil müəssisələrində tədrisin keyfiyyəti elədə yüksək deyil. Bu səbəblə də təhsil haqqının yüksək olmasını doğru hesab etmirəm. Bildiyimiz kimi hazırda ölkəmizdə 146 min ödənişli əsaslarla təhsil alan tələbə var. Onların 98 430 bakalavr, 12 050 magistratura, 35 892 nəfər isə subbakalavr pilləsi üzrə təhsil alır. Bu tələbərin böyük əksəriyyəti təhsil haqqını ödəməkdə çətinlik çəkir. Bu zaman təbii ki, tələbələr təhsil kredit fonduna müraciət edirlər. Amma bəzən elə hallar da olur ki, tələbələr təhsil haqqını ödəyə bilməyib universiteti yarımçıq saxlayırlar”.

Ekspert təhsil haqqının hansı meyarları nəzərə alaraq formalaşacağı barədə fikirlərini bizimlə bölüşüb:

“Təhsil haqqı, universitetin yataqxanası, laboratoriyası, kitabxanası və verdiyi təhsil keyfiyəti diqqətə alınaraq formalaşmalıdır. Sözügedən amillərin istənilən səviyyədə olmadığı halda, təhsil haqqlarının ildən-ilə artması düzgün yanaşma deyil. Kifayət qədər nüfuzlu universitetlər var ki, onların təhsil haqları bizim ölkəmizdəki bəzi ali təhsil müəssisələrinin təhsil haqları ilə bərabərdir. Halbuki, təhsil səviyyəsinə görə onları müqayisə etmək belə düzgün deyil. Biz xarici təcrübəyə baxsaq, Avropada olan universitetlərin təhsil haqlarının bizim bəzi universitetlərimizdən dəfələrlə aşağı olduğunu müşahidə edərik. Hollanda, Belçika, Fransa, İtalya kimi ölkələrdə təhsil haqqı vətəndaşların sosial vəziyyətinə uyğun müəyyənləşdirilir. Həmin universitetlər dünya sıralamasında ilk əllilikdə yerləşir. Bu da öz növbəsində təhsilin keyfiyətinin yüksək olmasının göstəricisidir".

Mütəxəssis xarici ali təhsil müssisələrində mövcud tədrisin keyfiyyəti və təhsil haqlarını nümunə gətirib:

“Bildiyiniz kimi dövlət büdcəsindən yalnız ödənişsiz təhsil alan tələbələr üçün belə nə qədər vəsait ayrılır. Bəzən təhsil haqlarına nəzər saldığımız zaman dəhşətli rəqəmlərlə qarşılaşırıq. Elə ixtisaslar varki, dövlət büdcəsindən ora 8-9 min manat vəsait ayrılır. Bütün bunlar bəzən həmin universitetin verdiyi təhsillə üst-üstə düşmür. Xüsusi ilə publik hüquqi şəxs statusu alan ali təhsil müəssisələri yaxşı olar ki, alternativ gəlir mənbəyi əldə etsinlər. Avropa, Amerika həmçinin qardaş ölkə Türkiyədə elə universitetlər var ki, onlar ayrıca istehsalatla məşğul olurlar, bir çox universitetlər dünya bazarına məhsul çıxarır. Bizim universitetlərimizdə bu fəaliyyətlə məşğul olmalıdır”

“ABŞ Massaçusets Texnologiya İnstitutunun tələbələri hər hansısa yeni bir layihə həyata keçirdikləri zaman həmin işi müəyyən məbləğdə satışa çıxarırlar Məsələn, ölkəmizdəki Azərbaycan Dövlət Aqrar Universiteti ixtisaslaşmış universitet olduğu üçün müəyyən kənd təsərüfatı məhsullarının istehsalatı ilə bağlı işlər görə bilər. Nəticədə universitet büdcəsində müəyyən artım olur. Bizim universitetlər bu istiqamətdə inkişaf etməlidir”-deyə, o qeyd edib.

"Doqquz müəllifin ərsəyə getirdiyi "Məktəb psixoloqunun stolüstü kitabı" həm psixoloq, həm valideyn, həm də ümumiyyətlə uşaq psixologiya ilə məşğul olanlar üçün unikal kitaba çevriləcək".

AzEdu.az xəbər verir ki, bu sözləri "Məktəb psixoloqunun stolüstü kitabı"ın təqdimat mərasimində “BP Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı deyib.

"Biz bu kitabın müəllif seçimi zamanı çox diqqətli olduq. Yerli və işində peşəkar mütəxəssis üstünlük verdik. Kitab təcrübədə ən çox istifazdə edilən metodlara əsaslanaraq ərsəyə gəlib".

Tamam Bayatlı AzEdu ilə həyata keçirilən layihələrdən söz açıb:

"Biz bundan əvvəldə AzEdu təhsil portalı ilə birlikdə "Ömrün uğurlu bünövrəsi"adlı 7 yaşadək uşaqların tərbiyyəsi il bağlı məlumatlandırıcı kitab nəşr etmişik. Ona görə də ümid edirik ki, AzEdu təhsil portalı ilə etdiyimiz hər layihə kimi bu kitab da uğurlu olacaq!".

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

AzEdu.az xəbər verir ki, növbəti vebinar 7 iyul tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə "Məsələ həlli. Cəbr və funksiyalar" mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri İ. Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

UNEC-də əcnəbilərin qəbul qaydaları barədə məlumat almaq istəyənlər üçün onlayn konsultasiyalar keçirilir.

AzEdu.az xəbər verir ki, konsultasiyada iştirak etmək istəyənlər hər həftənin II günü saat 15:00-da, IV günü isə saat 11:00-da aşağıda qeyd olunan linkə keçid edərək, qəbul qaydaları barədə ətraflı məlumat ala bilərlər.

Link: https://zoom.us/j/92513776236

parol: 123

02-03 noyabr 2022-ci il tarixlərində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin ildönümünə həsr olunan “İkinci Qarabağ müharibəsi: 44 günlük Zəfər salnaməsi” mövzusunda respublika elmi-praktik konfrans keçiriləcək.

Materiallarının göndərilməsi üçün son tarixi: 01.10.2022-ci il.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, 9718 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.

Son sutka ərzində 2403, hazırkı dövrədək isə 6 974 930 test aparılıb.

Baku Crystal Hall-da yerli şirkətlərin tanıdılması məqsədilə "Partners and Business" sərgisi və konfransı keçirilib.

KOBİA, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, “Qayo Group”un sponsorluğu, “Grow Audit”in tərəfdaşlığı, UNEC THİK-in könüllü dəstəyi ilə keçirilmiş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunub.

AzEdu.az xəbər verir ki, ümumilikdə, 200-ə yaxın şirkətin və 10000 ziyarətçinin iştirakı ilə baş tutan sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Sərgidə könüllü dəstəyi UNEC THİK tərəfindən 1 rəhbər şəxs UNEC THİK sədr müavini Günay Ağazadə, 15 qrup rəhbəri, 75 fəal tələbə iştirak edib. 3 gün davam edən sərgidə sahibkarlara “Dövlətin sahibkarlığın inkişafında mövcud dəstəkləri və perspektivlər”, “Mövcud qanunvericilik bazasının sahibkarlıq mühitinə təsiri”, “Sahibkarların Xarici bazarlara çıxış imkanları və dövlət dəstəyi” və digər mövzularda təlimlər keçirilib.

Sərginin son günündə UNEC könüllüləri təltif olunublar. Təltifolunma mərasimində "MARSOL" MMC-nin direktoru Tural Mustafayev könüllülərə öz təşəkkürünü bildirərək, onlara plaket və sertifikatları təqdim edib.

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasinin sonuncu kurs tələbəsi Lamiə Hidayətovaya Almaniyanın FH Münster Universitetinin magistratura, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Universitetinin isə birbaşa doktorantura pilləsinə qəbul təklifi gəlib.

AzEdu.az xəbər verir ki xarici ölkənin ali təhsil müəssisəsi arasında seçimini edən L.Hidayətova təhsilini Oklahoma Universitetində Kimya və biokimya (Chemistry and Biochemistry) ixtisası üzrə doktorantura pilləsində davam etdirəcək. Onun bu universitetdən qazandığı təqaüdün məbləği 40 min ABŞ dolları təşkil edir.

Bununla yanaşı, L.Hidayətova həmin universitetdə ilk il müəllim köməkçisi (teaching assistant), növbəti illərdə isə elmi işçi (research assistant) vəzifələrində çalışacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üçün 120 nəfər sənəd verib.

İdarədən AzEdu.az-a verilən xəbərə görə, hazırda BŞTİ tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra növbəti mərhələlərə start veriləcək.

Belə ki, paytaxtda da şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək. Ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq seçim prosesinin yalnız müsahibə mərhələsində iştirak edə biləcəklər.

2016-2020-ci illərdə 905 Azərbaycan vətəndaşı Gürcüstanın ümumtəhsil məktəblərində təhsil almaq üçün qeydiyyatdan keçib.

AzEdu.az xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının “Miqrasiya Profili” adlı hesabatında qeyd olunub. Bildirilib ki, illər üzrə 2016-cı ildə 185, 2017-ci ildə 175, 2018-ci ildə 220, 2019-cu ildə 189, 2020-ci ildə 136 Azərbaycan vətəndaşı Gürcüstanın ümumtəhsil məktəblərində təhsil almaq üçün müraciət edib.

Beş il ərzində Gürcüstan ümumtəhsil məktəblərində təhsil üçün ən çox Rusiya (2 520) və İran (1034) vətəndaşları qeydiyyatdan keçib. Azərbaycan bu siyahıda üçüncü yerdə qərarlaşıb.

2016-2020-ci illərdə Gürcüstan məktəblərində təhsil alan əcnəbi şagirdlərin 60%-i Rusiya, İran, Azərbaycan və Ukrayna vətəndaşları olub.

"Biz fəaliyyətimizi sadəcə qaz sektoru ilə məhdudlaşdırmırıq, eyni zamanda sosial sahələrlə bağlı müəyyən layihələr də həyata keçiririk. Sosial layihələrin demək olar ki, 80% təhsillə bağlıdır".

AzEdu.az xəbər verir ki, bu sözləri "Məktəb psixoloqunun stolüstü kitabı"ın təqdimat mərasimində çıxış edən zaman bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O, məktəb psixoloqları üçün hazırlanan kitabın əhəmiyyətindən danışıb:

“AzEdu təhsil portalı ilə hazırladığımız "Məktəb psixoloqunun stolüstü kitabı” çox əhəmiyyətli vəsaitdir. Burada məktəb psixoloqlarına lazım olan vacib məlumatlar bir araya toplanılıb.Ümid edirəm ki, məktəblərimiz üçün bu vəsait sözün həqiqi mənasında stolüstü kitaba çevriləcək”.

Vitse-prezident şirkətin Azərbaycan təhsili sahəsində gördüyü işləri nəzərə çatdırıb:

“bp son illər ərzində 70-dən çox kitab nəşr edib. Həmçinin 14 beynəlxalq dərslik Azərbaycan dilinə tərcümə edilərək, universitetlərə, kitabxanalara təmənnasız verilib. Bundan əlavə Təhsil Bazirliyi ilə birlikdə peşə məktəblərində kənd təsərüfatı ilə bağlı 19 dərslik sıfırdan hazırlanaraq istifadəyə verilib. Həmin dərsliklər hazırda da kənd təsərüfatında geniş istifadə olunmaqdadır".

2022/2023-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesi davam etməkdədir. Qeydiyyat prosesi üçün son tarix 10 avqust 2022-ci il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim olunmalıdır.

AzEdu.az xəbər verir ki, ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 32 nəfər olmaqla 128 nəfərin qəbulu nəzərdə tutulur.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri və İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər iştirak edə bilər.

Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA-nın birgə təşkil etdiyi yazılı keçiriləcək Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 14-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 19-da açıqlanacaq.

Proqramın 3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim olunacaq. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

Portuqaliya hökuməti Kiyevdən təxminən 150 kilometr aralıda yerləşən Ukraynanın Jitomir şəhərində məktəblərin yenidən qurulmasına kömək edəcək.

Bu barədə Portuqaliyanın təhsil naziri Joao Kosta İsveçrədə Ukraynanın bərpası planlarının hazırlanmasına həsr olunmuş konfransda bildirib.

Ukrayna hökumətinin hesablamalarına görə, hərbi əməliyyatlar başlayandan ölkədə 1200 təhsil müəssisəsi, o cümlədən Jitomirdə müxtəlif dərəcədə dağılmış 70 məktəb sıradan çıxarılıb.

Portuqaliya digər ölkələrlə birlikdə Ukraynada təhsil müəssisələrinin bərpası ilə məşğul olacaq.

Xaricilərin işləri üzrə və Sərhədlər Xidmətinin (SEF) məlumatına görə, Portuqaliya 28 faizi yetkinlik yaşına çatmayan uşaq olmaqla (təxminən 13 min) 46 181 ukraynalı qaçqına müvəqqəti sığınacaq verib. Portuqaliya məktəblərində 4700-ə yaxın ukraynalı uşaq təhsil alır.

Azərtac

İyunun 30-da Türkiyənin Batman vilayətində “Qarabağ” parkının açılışı olub. Açılış mərasimində Batman Enerji Zirvəsi – 2022 Beynəlxalq konfransında iştirak üçün Türkiyədə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Batman Universitetinin rektoru, prof. İdris Demir, Batman valisi Ekrem Canalp, Türkiyənin dövlət adamları, yerli ictimaiyyət təmsilçiləri və Batman Universitetinin professor-müəllim heyəti iştirak edib.

AzEdu.az xəbər verir ki, açılış mərasimində çıxış edən Batman valisi Ekrem Canalp Türkiyə-Azərbaycan qardaşlığının və bu iki ölkə arasındakı tarixi bağların sarsılmaz olmasından danışıb. O, qeyd edib ki, bu gün Türkiyədə Qarabağ parkının açılması iki qardaş ölkənin birliyinin, məhəbbətinin nümunəsidir.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı belə möhtəşəm bir törəndə - Azərbaycanın 44 günlük Vətən müharibəsindən və tarixi qələbəsindən sonra Türkiyədə Qarabağ parkının yaradılmasından və bu açılış mərasimində şəxsən iştirak etməsindən məmnun olduğunu bildirib. Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu, belə əsaslı layihələrin bu dostluğu daha da yüksək zirvəyə ucaltdığını deyən rektor, professor Mustafa Babanlı bundan sonra da bütün dünya iki qardaş ölkənin necə inkişaf etməsinin, əbədi birliyinin şahidi olacağını vurğulayıb.

Batman Universitetinin rektoru, prof. İdris Demir yeni yaradılan Qarabağ parkını Azərbaycan və Türkiyə birliyinin növbəti nişanəsi adlandırıb. O, çıxışında Azərbaycanla Türkiyənin bütün sahələrədə əlaqələrinin güclü olmasından söz açıb. Prof. İdris Demir qeyd edib ki, bu gün siyasi-diplomatik, iqtisadi və mədəni sahədə olduğu kimi, Azərbaycan ali təhsil müəssisələri ilə, o cümlədən ADNSU ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Prof. İdris Demir bundan sonra da əməkdaşlığın bütün istiqamətdə daha da uğurla inkişaf edəcəyinə, yeni-yeni layihələrin reallaşacağına əminliyini bildirib.

Rəsmi hissə və bədii proqramdan ibarət olan açılış mərasimi sonra musiqi nömrələri ilə davam edib.

Onu da qeyd edək ki, park ümumilikdə 15 min 397 kvadratmetr ərazini əhatə edir, müasir arxitektura əsasında qurulub. Burada uşaq əyləncə məkanı, istirahət yerləri, fəvvarələrdən ibarət bölmələr və s. qurulub. Məkanda, həmçinin sərgi yerləri ilə yanaşı Azərbaycanın yeddi məşhur incəsənət ustasının əsərləri də yer alıb.

Xəbər verdiyimiz kimi, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sabiq vitse-meri, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri xanım Nensi Selfric və onu müşayət edən amerikalı qonaqlar artıq bir həftədir ki, Lənkəranda dostluq səfərindədirlər. Səfər müddətində xanım Selfric LDU-da “Monterey ESL Summer School”un (Monterey İngilisdilli Yay Məktəbi) açılışında iştirak edib, universitetdə keçirilən “Məzun günü”nə qatılıb, Yay məktəbində məşğələlərin gedişini izləyib.

AzEdu.az xəbər verir ki, bu gün Lənkəran Dövlət Universitetində hörmətli qonaqların şərəfinə 4 iyul- ABŞ-ın Müstəqqillik Gününə həsr olunmuş konsert proqramı düzənlənib. Konsertdə LDU-nun nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin musiqi ixtisasının müəllim və tələbləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramında Qarabağda xalqımızın böyük qələbəsini əks etdirən, Vətən müharibəsindəki Zəfəri tərənnüm, Azərbaycançılığı təbliğ edən vətənpərvərlik, döyüş ruhlu musiqi nömrələri səslənib.

Xanım Nensi Selfric tədbirdəki çıxışında göstərdiyi diqqətə görə universitetin rektoru, professor Natiq İbrahimova, konsertin təşkilatçılarına və ifaçılara minnətdarlığını bildirib, LDU ilə əlaqələrin bundan sonra da davam etdiriləcəyini deyib.

Azərbaycan Texniki Universitetinin MBA proqramının Mühəndislik və idarəetmənin riskləri ixtisaslaşması üzrə ötən semestri üzrə ən yüksək ÜOMG ilə bitirən tələbəsi Şahanə Hacızadə olub.

O, MBA-da oxuyub təqaüd alan tələbə olmaq imkanı əldə edib.

Belə ki, proqram birincisi olduğu üçün ona AzTU-nun aylıq təqaüdü verilir.

Gəlin, onu yaxından tanıyaq:

Şəhanə Hacızadə 1999-cu ildə İsmayıllı rayonunun Vasqal qəsəbəsində anadan olub. Orta təhsilini həmin bölgədə başa vurub. 2016-cı ildə Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinin ekologiya mühəndisliyi ixtisasına daxil olub. 2020-ci ildə həmin ali təhsil müəssisəsindən heç bir kəsiri olmadan məzun olub. 2021-ci ildə Azərbaycan Texniki Universitetin MBA proqramına daxil olub.

O, qeyd edir ki, çox sevinirəm ki, magistr təhsili istiqamətində Texniki Universiteti seçmişəm:

“Nə yaxşı ki, MBA proqramı burada da açıldı və mən onun ilk tələbələrindən oldum.

Seçim zamanı bir az tərəddüd etdim, çünki mühəndislik ixtisasından biznesin təşkilinə keçmək mənim üçün çətin gəlirdi. Lakin hesab və rəqədmlərlə işləmək kimi proseslər hər zaman diqqətimi çəkib. Düşündüm ki, Texniki Universitetdə MBA proqramına ilk dəfə yer verməsi diqqətimi çəkdi. Öz universitetimdə oxumuş olsaydım, yenə də eyni müəllim və ixtisasla qarşılaşmış olacaqdım, Bura mənim həyatıma rəng qatdı. Texniki Universitet həyatımda dönüş nöqtəsi oldu. Ali təhsil müəssisəsi rəhbərlik, müəllim və heyət olaraq məni məmnun edir. Onlar hər zaman çalışırlar ki, tələbələrin qayğısına qalaraq onun nazı ilə oynasınlar. Tələbəyə uşaq kimi yox, fərd olaraq yanaşırlar. Müəllimlərimiz bu sahədə ixtisaslaşan kadrlardır. Rektor Vilayət Vəliyev bizə fənn tədris edirdi, onun bizə dərs deməsi, sadəliyi kənardan sıradan bir şey kimi görünmüş ola bilər, lakin bu tələbəyə verilən dəyərin nümunəsidir”.

Tələbə məqsədlərindən söz açıb:

“Qarşıma qoyduğum əsas məqsədlərdən biri də doktorantura üzrə təhsilimi Texniki Universitetdə davam etdirməkdir. Gələcəkdə Texniki Universitet ilə yollarımı ayırmaq istəmərəm. Onlar qəbul etmiş olsalar, mən burada müəllimlik fəaliyyətinə başlamaq istəyərəm. Müəllim kimi çalımaqdan çox böyük qürur duyaram. Bundan əlavə olaraq da öz biznesimi yaradaraq universitetdən əldə etdiyim bilikləri tətbiq etmək istəyirəm. Çünki biznesin təşkilində oxuyan tələbənin biznesi olmalı və biliklərini yatırım formasında inkişaf etdirməlidir. Hazırda İELTS almaq üçün çalışıram, inglis dil səviyyəmi inkişaf etdirməyə cəhd edirəm. İxtisasımla bağlı olan müəyyən sertifikat, kurs və beynəlxalq seminarlarda iştirak etmək üçün daima maraqlanıram. Özümü inkişaf etdirməyin bütün yolları ilə məşğul olmağa çalışıram.Yerində saymağı heç sevmirəm, istəyirəm ki, universiteti qırmızı diplom və ya fərqlənmə ilə bitirim. Yaxın hədəflərimdən ən başlıcası bunlardır.

Universitet vaxtı ən fəal tələbələrdən biri olmuşam. Tələbə gənclər və həmkarlar ittiqfaqı ilə birgə çalışmışam. Bundan əlavə olaraq universitetlərin debat klublarında da fəaliyyət göstərmişəm. Bu kimi fəaliyyət növlərində birincilik əldə etməyi hər zaman yüksək qiymətləndirmişəm. Universitetin tələbə gənclər təşkilatında müdir və müdir müavini kimi vəzifələrdə çalışmışam, bizneslə bağlı olan təlimlərdə işriak etmişəm. Həmin təlimlərə qatılmağı sevirəm və bunu da özünüinkişafın bir hissəsi kimi qiymətləndirirəm. Uğur əldə edən iş adamlarının hekayələrini dinləmək, onlardan müəyyən istiqamətlər götürmək mənim hər zaman diqqət mərkəzimdə olan məsələlərdən biri olub”.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə Prezident təqaüdünün verilməsi təklifini irəli sürüb.

AzEdu.az xəbər verir ki, o, təqaüdün sadəcə qəbul imtahanında ən yüksək nəticə göstərənlər verilməli olmadığını bildirərək, fənn olimpiadası qaliblərinin bilik və bacarıqlarının daha yüksək olduğunu qeyd edib:

“Uzun müddətdir ki, qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər arasında müəyyən sayda seçilənlərə Prezident təqaüdü verilir. Təqaüdün məbləği isə səhv etmirəmsə, 250 manatdır. Düşünürəm ki, hazırki məqamda bu tələbə üçün kifayət qədər qanedici məbləğdir. Bu nəticələr sadəcə qəbulda göstərilənlərdir, ümumi təhsil məktəblərində təhsilalanların bilik və bacarıqlarını ölçən başqa alətlər də var. Onlardan biri də olimpiadalardır. Xüsusilə beynəlxalq və respublika fənn olimpiadaları şagirdin istedadını müəyyən etmək üçün xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Fikika, Riyaziyyat üzrə respublika olimpiadasında yer tutan məktəbli ilə qəbulda yüksək nəticə göstərən məktəblinin biliyi eyni səviyyədə deyil, burada üstünlük olimpiada qalibindədir. Bu səbəblə stimul yaratmaq, bu cür istedadlı uşaqlara dövlət dəstəyini göstərmək üçün ilk növbədə onlara üstünlük vermək daha doğru olardı. Burada say elə də çox deyil, düşünmürəm ki, onlara dəstək vermək büdcə üçün ciddi problem yarada”.

Prezident, təhsilini xaricdə davam etdirən olimpiadala qaliblərinə də dövlət dəstəyinin vacibliyini vurğulayıb:

“Olimpiada qalibləri arasında təhsilini xaricdə davam etdirməyi seçənlər hər hansı təqaüdlə təmin olunmayıblarsa, onlara da təqaüdün verilməsi doğru olardı. Ölkəmizin bir sıra respublikalarla hökumətlərarası təqaüd proqramları ilə bağlı qarşılıqlı müqavilələri mövcuddur. Bu proqramlar, yaxud başqa təqaüd proqramları əsasında təhsil alanlara qeyd etdiyimiz təqaüd verilməyə bilər. Bu cür gənclərə o şəkildə dövlət dəstəyinin göstərilməsi doğru olardı. Yalnız qəbulda yüksək nəticə göstərənlərə Prezident təqaüdünün verilməsilə bağlı yanaşmanı dəyişmək lazımdır. Beynəlxalq və Respublika olimpiadalarının qalibləri də bura daxil edilməlidirlər”.

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar iyulun 6-sı saat 17:00-da ibtidai sinif müəllimləri üçün “Təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi"nin izahı mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı Avropa liseyinin ibtidai sinif müəllimi, Təhsil İnstitutunun doktorantı, Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə mütəxəssis, müəllimlər üçün ixtisasartırmaya dair təlim vəsaitlərinin müəllifi, şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə didaktik material və qiymətləndirmə vasitələrinin müəllifi Pərvinə Qədimova çıxış edəcək.

Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2022/2023-cü tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu aparılır.

UNEC-dən AzEdu.az-a bildirilib ki, qəbul maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit və ümumi iqtisadiyyat ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə təşkil olunur.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı əsasında qəbul edilir.

Xarici ölkələrin vətəndaşları üçün qəbul riyaziyyat, rus dili və xarici dil fənləri üzrə keçirilir.

Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları riyaziyyat, coğrafiya, Azərbaycan və ya rus dili fənləri üzrə aparılır.

Qəbul barədə ətraflı məlumatı UNEC-in və Dərbənd filialının rəsmi saytlarından əldə etmək mümkündür.

"AzEdu təhsil portalının təşəbbüsü və BP dəstəyi ilə ərsəyə gələn "Məktəb psixoloqunun stolüstü kitabı" düşünürəm ki, psixoloqların peşəkar inkişafında çox mühüm rol oynayacaq".

AzEdu.az xəbər verir ki, bu sözləri “Məktəb psixoloqunun stolüstü kitabı”ın təqdimat mərasimində Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyava deyib.

O bildirib ki," Yeni nəslin inkişafı dövründə uşaqlarda psixoloji problemlərin ortaya çıxması təbii haldır:

“Xüsusilə pandemiyadan sonraki dövrdə şagirdlərdə psixoloji problemlərin yaranmasını normal qarşılamalıyıq. Amma əlbəttə ki, bu prosesi idarə etmək ən böyük problemlərdən biridir. BŞTİ təşəbbüsü ilə sentyabr ayında keçirilən psixologiyaya aid konfrans məqsədi məhz pandemiyadan sonra uşaqların düzgün istiqamətlərə yönləndirmək idi.

Bakı şəhərində yerləşən məktəblərə 220-dən çox psixoloq təyin etmişik.

Bununla yanaşı "Ailə məktəb" layihəsi çərçivəsində Bakı məktəblərində valideynlərə psixoloji təlimlər keçirilib. Əlbəttə ki, bunlar təbii prolemlərdir. Biz bu hallara cəmiyyət olaraq hazır olmalıyıq. Buna görə də bu lazımi vəsait tam vaxtında nəşr olun.

Sonda Mehriban Vəliyeva qeyd edib ki, " "Məktəb psixoloqunun stolüstü kitabı"nı ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürümü bildirirəm".