Ukraynanın boğulması üçün Rusiya ordusu Kramatorsku ələ keçirməlidir. Hazırda bu Rusiya qüvvələrinin qarşısında ən strateji nöqtədir.

Axar.az xəbər verir ki, bu fikirləri Britaniyanın “Skay Nyus” kanalının efirində siyasi şərhçi Dennis Şanahan deyib.

“Putin Kramatorsk şəhəri ətrafına minlərlə hərbçi göndərir. Məqsəd Ukraynanı dənizdən ayırmaqdır. Bu, Ukraynanı məhv edə bilər, Kremldə isə bunu çox gözəl anlayırlar. Bu plan baş tutsa, Kiyev Kreml ilə danışıqlara getməyə məcbur olacaq”, - deyə Şanahan bildirib.

Ermənistan artıq uzun illər idi ki, taxıla olan ehtiyacını işğal altında olan Qarabağ ərazilərindən gələn məhsul ilə ödəyirdi. Amma 2020 ildən Qarabağda bütün taxıl zəmiləri Bakının nəzarəti altına keçib və artıq Ermənistan bunun fəsadlarını dərk edir.

Axar.az xəbər verir ki, bu fikirləri Ermənistanın kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan bildirib.

“Sadə hesablamalar kifayət edir ki, Ermənistanın yaxın vaxtlarda çox ciddi taxıl böhranı ilə rastlaşacağını proqnoz edək. Bu halda bizə ruslar məlum səbəblərdən kömək edə bilməyəcək, Kremlin problemi onsuz da başından aşır, əlavə xərc onlara bu dəqiqə heç lazım deyil. Çox güman ki, İrəvan Bakıya ağız açası olacaq. Ya acından öləcəyik, ya da Azərbaycandan taxıl istəyəcəyik”, - deyə keçmiş kənd təsərrüfatı nazirinin mavini qeyd edib.

Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Bakı Qaz Tikinti Detal” zavodunun bazasında yaradılan N hərbi hissəsi Azərbaycan Ordusunda mövcud tank və zirehli avtomobil texnikasının, raket-artilleriya silahlarının müharibə və sülh şəraitində əsaslı təmiri üzrə ixtisaslaşdırılıb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təmir zamanı texnoloji ardıcıllığa riayət olunur, texnikanın mühərrikinə, hərəkət hissəsinə, rabitə avadanlıqlarına və silahlarına tələb olunan qaydada zəmanət verilir.

N hərbi hissəsinin tərkibində fəaliyyət göstərən və yeni istifadəyə verilən Silah təmiri sexində əsasən raket-artilleriya silahlarının, onların avadanlıqlarının, geri təpmə qurğusunun və digər hissələrinin təmiri təmir texnologiyasına uyğun həyata keçirilir.

Sexdə təmir olunan bütün silahlar təmirdən sonra poliqon sınaqlarında atışla yoxlanılır.

Qeyd edək ki, yeni təmir sexi istifadəyə verilən hərbi hissə 1992-ci ildən fəaliyyət göstərir.

Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan 12 şəhər və rayonda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda 16620 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

7 iyul saat 15:00-da DİM-in Yutub kanalı və Feysbuk səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını Feysbukda yerləşdirilən müvafiq postun altına yaza və ya info@dim.gov.az elektron poçtuna göndərə bilərlər.

Bu gündən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqi) bağlı diqqətli olsunlar.

Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

2022-ci il iyunun 30-dan iyulun 2-dək Bakıda, Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirilmişdir . Bu vacib tədbirin əsas məqsədi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılmasıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın irəli sürdüyü digər bir təşəbbüslə növbəti ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Məlumdur ki, Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatıdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Azərbaycan hər zaman Bandunq prinsiplərini ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edib: “Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın digər ölkələrlə münasibətlərin qurulmasında məhz Bandunq prinsiplərini əsas götürdüyünü bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, əgər bütün ölkələr tərəfindən ərazi bütövlüyünün toxunulmazlığı, suverenliyin, müstəqilliyin tanınması, bir-birinin işlərinə müdaxilə etməmək kimi prinsiplərə əməl olunsaydı, o zaman heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. 2019-cu ildə Qoşulmama Hərəkatı Zirvə toplantısını Bakıda böyük müvəffəqiyyətlə keçirildi və 2022-ci ilə qədər sədrliyi Azərbaycan öz üzərinə götürdü. Yenə də 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması isə, şübhəsiz, ölkəmizin fəaliyyətinin yüksək qiymətləndirilməsinin təsdiqidir”.

Millət vəkili deyib:

“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə mütəmadi olaraq əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun da yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri də daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib və təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.”

K.Qafarov Azərbaycanın bütün beynəlxalq siyasi platformalarda Qoşulmama Hərəkatına üzv dövlətlərdən aldığı dəstəyi yüksək dəyərləndirdiyini vurğulayaraq deyib:

"Qoşulmama Hərəkatının bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrinin mahiyyətində aşkar şəkildə öz əksini tapıb. Məhz bu səbəbdən Təşkilata üzv ölkələr hər zaman beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini bundan sonra da gücləndirəcəkdir”.

Nə qədər ki, mən və Ərdoğan var, iki ölkə arasında aranı pozmaq istəyənlər uğur qazana bilməyəcək.

Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl-Səud Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərgin olması ilə bağlı iddialara cavabında deyib.

"Türkiyə ilə aramızı vura bilməyəcəklər", - Əbdüləziz Əl-Səud bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.

Axar.az xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bünyad Qasımov: Cənab Prezident, bu, yeni işıqlandırma sistemidir.

Prezident İlham Əliyev: Qənaətlə işləyir?

Bünyad Qasımov: Cənab Prezident, bunlar yerli, Azərbaycanda istehsal olunan divarüstü işıqlardır. Bütün kənd 100 faiz tam işıqlıdır.

Prezident İlham Əliyev: İşıqlandırılıb. İş yerləri də yaradılıb.

Bünyad Qasımov: 300 iş yeri artıq mövcuddur. Planlaşdırmışıq, ilin sonuna qədər 450-yə qədər iş yeri açdıraq.

Bildirildi ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhman bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.

Diqqətə çatdırıldı ki, Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalası yüksək nöqtədə yerləşir. Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.

Dövlətimizin başçısı qalada aparılan bərpa işləri ilə tanış oldu.

Ramananın qədim abidələrindən biri də Novruzqulu hamamıdır. Prezident İlham Əliyevə bu qədim hamam barədə də məlumat verildi. Bildirildi ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.

Qeyd edilib ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.

Dövlətimizin başçısına Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub.

Məlumat verildi ki, Pirşağıda hazırlanan quru meyvələrin satışı da Ramanada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür.

Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Dövlətimizin başçısı Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət etdi.

Prezident İlham Əliyev: Salam, necəsən?

Sakin: Sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Sənin evindir?

Sakin: Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman Siz gələsiniz.

Prezident İlham Əliyev: Çox sağ ol.

Sakin: Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb.

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsi şəhidi?

Sakin: Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır.

Prezident İlham Əliyev: Sən bu işlə də məşğul olursan?

Sakin: Bəli, cənab Prezident.

Bünyad Qasımov: Damcı üsulu ilə suvarmadır.

Prezident İlham Əliyev: Çiyələkdir?

Bünyad Qasımov: Bəli, çiyələkdir. Yenidir, 10-15 gün olar. Bir-iki aydan sonra buralar hamısı yaşıl olacaq, cənab Prezident.

Prezident İlham Əliyev: Çox yaxşı.

Bünyad Qasımov: Qışda göyərti, yayda da çiyələk əkilir.

Prezident İlham Əliyev: Görürəm bu ev də, həyəti də təmir olunub.

Bünyad Qasımov: Ümumiyyətlə, Sizin tapşırığınıza və göstərişinizə əsasən, evlərin damları, qapıları, divarları, darvazaları əsaslı təmir edilib. Şəhid və veteran ailələrinin evlərinə xüsusi diqqət yetirilib.

Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.

Ramana həm də ovdanları ilə məşhurdur. Qəsəbədə bərpaolunan tarixi abidələrdən biri də el arasında 40 pillə adlanan su ovdanıdır. Azərbaycan ərazisində, Abşeron yarımadasında və ona qonşu ərazilərdə ovdanlara daha çox təsadüf edilir. Bu yerlərdə içməli su mənbələri çox az olduğundan XVI-XVIII əsrlərdə içmək üçün yararlı olan lay sularından istifadə edilməsi məsələsi aktuallaşıb və ovdanlar yaradılıb. Bu qurğuların tikintisi XX əsrə qədər davam edib.

Prezident İlham Əliyevə su ovdanında görülən təmir-bərpa işləri barədə məlumat verildi.

Ramana sakinlərinin həm sağlam həyat tərzi, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün qəsəbədə İdman Mərkəzi inşa olunub. Mərkəzdə qapalı idman zalı, minifutbol meydançası yaradılıb.

Dövlətimizin başçısı Ramana İdman Mərkəzində yaradılan şəraitlə də tanış oldu.

Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinn qarşısını alıb.

Axar.az xəbər verir ki, qaçaqmalçılıq faktı komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə dərman preparatlarının nəqliyyat vasitəsinin yük yerində gizlədilərək gətiriləcəyinə dair daxil olan məlumat əsasında aşkar edilib.

Həyata keçirilən təcili və təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq predmetlərinin “Mercedes Benz Actros” markalı yük nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənlləşdirilib və nəqliyyat vasitəsi nəzarətə götürülüb.

Nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna daxil olarkən Azərbaycan vətəndaşı olan sürücü şifahi sorğu-sual edilib. O idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin stasionar rentgen qurğusu vasitəsilə aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər müşahidə olunduğundan yükə baxış keçirilib və əməliyyat məlumatı təsdiqini tapıb. Belə ki, yükün içərisində gömrük nəzarətindən gizlədilən 120 qutu “Marlboro Touch” markalı siqaretlər və qutularda dərman vasitələri aşkar edilib. Daha sonra nəqliyyat vasitəsindəki yük boşaldılıb və döşəmənin taxta örtüyünün altında dərman vasitələrinin gizlədildiyi müəyyən olunub.

Ümumilikdə, nəqliyyat vasitəsindən 2 400 ədəd siqaret və 7 adda külli miqdarda- üzərində “Devit-3 50.000 I.U./15 ml” yazısı olan 2 010 flakon, üzərində “Devit-3 1 ml İ.M 300.000” yazısı olan 6 400 ampula və həmin ampulaların boş qutuları, üzərində “Atarax 25 mgfilm kaplı tablet” yazısı olan 1 170 qutu, üzərində “Kindan 600 mg/4ml IM/IV Enjeksiyonluk çözelti içeren ampul” yazısı olan 28 qutu, üzərində “Cyclo-Progynova 2mg+2mg/0.5 mgkaplı tablet” yazısı olan 11 qutu, üzərində “Diane 2mg/35 mcg kaplı tablet” yazısı olan 34 qutu, üzərində “Fucidin %2 krem” yazısı olan 6 qutu dərman preparatları və üzərində “Mirena” yazısı olan 46 ədəd tibbi vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qərb Rusiyanı təxribata çəkməmək üçün Ukraynaya Amerika istehsalı olan “Patriot” zenit-raket komplekslərini verməyəcək.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın "La Vanquardia" qəzeti məlumat yayıb.

İddia edilib ki, Qərb ölkələri Ukrayna tərəfinə kömək etməkdə qərarlıdır, lakin Moskvanın gözündə müharibənin iştirakçısı kimi görünəcək və vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmayacaq. Bu səbəbdən NATO üzvləri və alyans tərəfdaşlarının heç vaxt Kiyevə verməyəcəyi silahlar var.

“Xüsusilə “Patriot” heç vaxt Ukraynada yerləşdirilməyəcək. Səbəblərdən biri odur ki, SAM-ların yüksək hazırlıqlı mütəxəssislərə ehtiyacı var və indiki şəraitdə bu, Amerika personalının Ukrayna ərazisinə yerləşdirilməsinə gətirib çıxaracaq ki, bu da mümkün deyil. Bundan əlavə, orada bir “Patriot”un hipotetik yerləşdirilməsi Moskva tərəfindən ABŞ-ın müharibədə birbaşa iştirakı kimi qəbul ediləcək”, - deyə vurğulanıb.

Luqansk vilayətinin demək olar ki, bütün ərazisi ələ keçirilib, lakin iki yaşayış məntəqəsində döyüşlər hələ də davam edir.

Axar.az xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Luqansk vilayətinin demək olar ki, bütün ərazisi ələ keçirilib, lakin iki yaşayış məntəqəsində döyüşlər hələ də davam edir. Buna görə də onlar hələ Luqansk vilayətinin inzibati sərhədlərinə çatmayıblar. Amma yenə də dayanmadan atəş açaraq ərazini tam ələ keçirməyə çalışırlar. Ruslar böyük itkilər verdilər və nə qədər insan itirdiklərini belə saymırlar”, - o bildirib.

Qayday bildirib ki, rayon sakinləri hələlik heç bir müqavimətə hazır deyillər:

“Çünki müharibə uzun illərdir davam edir və bütün bu müddət ərzində onlar Rusiya təbliğatı ilə qidalanıblar. Bəziləri özünə gəlməyə başlayıb. Orada baş verən mərmilərdən, partlayışlardan qorxur. Bəziləri isə yem kimi müharibəyə getmək istəmir".

Bir aydan sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin komandanlığı Ukraynada Rusiya ordusu qarşısında tamamilə yeni strateji və taktiki vəzifələr qoyacaq.

Axar.az xəbər verir ki, bu fikirləri hərbi-siyasi məsələlər üzrə rusiyalı ekspert Vladimir Yevseyev “Ukrayna” saytına müsahibəsində deyib.

Yevseyevin sözlərinə görə, böyük ehtimalla Rusiya komandanlığının əsas diqqəti Zaporojyeyə yönələcək.

Rusiyalı hərbi analitik hesab edir ki, bu istiqamət Donbasdan sonra ən vacib istiqamətlərdən biridir.

O, Nikolayev və Odessa vilayətlərinin ələ keçirilməsini Kreml üçün ən mühüm vəzifə kimi gördüyünü də vurğulayıb.

Rusiya həmişə danışıqları elə aparır ki, sonra utanmasın. Biz öz sözlərimizə, mövqeyimizə görə cavab verməyə hazırıq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib.

“Hər zaman düşündüklərimizi deyirik və bu sözlərə görə cavab verməyə və mövqeyimizi izah etməyə hazırıq”, - o bildirib.

Lavrov vurğulayıb ki, diplomatik etika prezidentlərin səs yazısının birtərəfli “sızmasını” nəzərdə tutmur.

O, Kiyevin Rusiyanın guya Ukraynaya silah tədarükünü pozmaq üçün öz şəhərlərini atəşə tutması ilə bağlı açıqlamalarını da yalan adlandırıb:

“Qərb ölkələri, təbii ki, Zelenski və komandasının necə və nəyi şərh etməsindən asılı olmayaraq, öz məsuliyyətlərini dərk etməlidirlər. Qərb ilk növbədə Donbasda, Ukraynanın digər yerlərində dinc insanların ölümünə görə məsuliyyətini anlamalıdır. Kiyev rejimi bu silahları dinc əhaliyə qarşı, ümumiyyətlə, qorxutma vasitəsi kimi istifadə edir - bu, dövlət terrorudur”.

Qeyd edək ki, bu yaxınlarda “France 2” telekanalı Yelisey sarayı ilə bağlı sənədli film nümayiş etdirib. "Prezident, Avropa və müharibə" adlanan filmdə Makronun bu il fevralın 20-də Putinlə söhbəti də yer alıb. Filmin nümayişinə bir neçə gün qalmış “Le Temps” prezidentlərin danışıqlarının stenoqramını dərc edib. Zəng zamanı Putin Ukrayna Prezidenti Vladimir Zelenskini Minsk razılaşmalarını yerinə yetirməyə hazırlaşdığı barədə yalan danışmaqda ittiham edib. Makron Putindən Ukrayna ilə sərhəd yaxınlığındakı qoşunlarını “sakitləşdirməyi” istəyib.

Danışığın yayılması Rusiya tərəfini ciddi şəkildə narazı salıb.

Finlandiya və İsveçin yazılı öhdəliklərini nə dərəcədə yerinə yetirdiyini qiymətləndirəcəyik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“NATO-ya üzvlük hüquq deyil, imtiyazdır. Bu imtiyazı əldə etmək istəyən dövlətlər müəyyən şərtlərə cavab verməlidir. Bu kontekstdə mətndə YPG və FETÖ ilə yanaşı, PKK-nın da terror təşkilatı kimi tanınması vacibdir. İndi bu iki ölkənin məsuliyyəti vədlərini tutmaqdır", - Altun vurğulayıb.

Qazaxıstanın "Tengiz" neft-qaz yatağında partlayış olub.

Axar.az xəbər verir ki, Atirau vilayətinin Jılıoysk rayonunda baş verən partlayış zamanı 2 fəhlə ölüb, 3-ü yaralanıb.

İlkin ehtimala görə, partlayış boruda yoxlama aparakən baş verib.

Faktla bağlı cinayət işi başlanılıb.

“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi və “FemTech” platformasının təşkilatçılağı ilə “Her Improvement” proqramının dördüncü – “Biznes və proqramlaşdırma təlimləri” mərhələsi uğurla başa çatıb.

Yeniyetmə qızların inkişafına yönələn proqramın bu mərhələsində 25 nəfər proqram iştirakçısına intensiv “Proqramlaşdırma”, “İnnovativ sahibkarlıq və startap düşüncə tərzi”, “Biznes Model Kanvas”, “Strateji planlaşdırma”, “Bazar araşdırması”, “Minimum işlək məhsul”, “Müştəri əlaqələri və satış” həmçinin “Büdcə planlanması” mövzularında təlimlər keçirilib.

Qeyd edək ki, “Kontakt”ın dəstək olduğu “Her Improvement” layihəsinin əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.

Layihənin növbəti – inkubasiya (mentorinq) mərhələsində iştirakçılar komanda olaraq biznes və proqramlaşdırma üzrə mentorlarla mütəmadi görüşmə və onlara suallarını ünvanlama imkanı qazanacaqlar. Proqramın final mərhələsinin isə avqust ayında reallaşması nəzərdə tutulur.

Xatırlaqdaq ki, hər zaman sosial məsuliyyət fəaliyyəti ilə seçilən “Kontakt” “Qadınlar İnkişafı Proqramı”na sadiq qalaraq bu istiqamətdə davamlı layihələr həyata keçirir.

Hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 34 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.

Güneyli milli-mədəni fəallar Urmu gölünün qurudulmasına etiraz olaraq bildirişlər yayıblar.

Axar.az xəbər verir ki, azərbaycanlı milli fəallar şəhərin bütün bölgələrində minlərlə traktat yaymaqla bir daha Urmu gölünün acınacaqlı və böhranlı vəziyyətinə diqqət çəkmək istəyiblər.

“Biz Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər İran hökuməti Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmu gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik. Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdıracağıq", - bildirişdə qeyd olunub.

Ekspertlərin bildirdiyinə görə, ciddi və düzgün tədbirlər görülməsə, göl tamamilə xəritədən silinəcək.

ABŞ koronavirus pandemiyasından zərər çəkmiş ölkələrin itkilərini kompensasiya etməlidir. Çünki Amerika hakimiyyətinin COVİD-19-un yayılmasında əli ola bilər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

Volodin amerikalı iqtisadçı Ceffri Saksın sitatını dərc edib. İqtisadçı sitanında etiraf edir ki, koronavirus ABŞ-ın biolaboratoriyasında yaradıla bilər.

“ABŞ koronovirusun milyonlarla xəstə və ölü, qlobal iqtisadi böhran, insanların həyat səviyyəsinin aşağı düşməsi kimi nəticələrinə görə məsuliyyət daşımalıdır”, - o bildirib.

Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, nazirlik müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

"Təhsil Nazirliyi bildirir ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi Vatsap xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi elektronlaşdırılır.

Axar.az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, qeyd olunan şəhadətnamə kağız formasında deyil, elektron informasiya sistemi vasitəsi ilə yoxlanılacaq.

Hazırda "İcbari sığortalar haqqında" Qanuna görə yalnız avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır.

Müqavilələrin kağız formasında bağlanılması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqlarla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur. Məhz bu neqativ halların aradan qaldırılması üçün yeni qanun layihəsi hazırlanıb. Bu Qanun layihəsində Sığorta Bürosunun elektron informasiya sisteminin dövlət orqanlarının elektron informasiya sistemlərinə inteqrasiyasını təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilir.

"Yeni Müsavat"ın baş redaktoru Azər Ayxan vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, bu barədə o özü məlumat paylaşıb.

“Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər", - deyə o qeyd edib.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfərdən ibarət dəstə saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain, heroin, marixuana, tiryək, ekstazi və metadon həbləri, eləcə də metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirdiklərini bildiriblər.

Həyata keçirilən digər əməliyyat zamanı Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən mənzillərdən birində tiryəkxana təşkil edən daha 3 nəfər tutulub.

Həmin ünvana baxış zamanı külli miqdarda heroin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər narkotiklərin satışı ilə məşğul olmaqla bərabər narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.