Lüis Həmiltonun Silverstoundakı çıxışı cari mövsümün başlanğıcından bəri nümayiş etdirdiyi ən güclü çıxış idi. Hətta hansısa məqamda, yeddiqat dünya çempionunun nəinki Ferrari dueti ilə mübarizə aparmaq, həm də bu mübarizədən qalib çıxmaq üçün real şansının olduğu görünürdü.
Lüis 33-cü dövrəyə qədər startda taxdığı Medium təkərləri ilə davam etdi, Karlos Sayns 20-ci, Şarl Lekler isə 25-ci dövrədə pitə yollandılar. Məsafənin çox hissəsi artıq geridə qalsa da, Mercedes komandası risk edərək Soft təkərlərini taxmaq əvəzinə, Lüisin bolidini Hard təkərləri ilə trekə yollamağı üstünlük verdi.
Red Bull Racing komandasının başçısı Kristian Hornerin sözlərinə görə, bu yolla Brəkli komandası öz əli ilə təşəbbüsü rəqiblərinə vermiş oldu.
“Lüisin getməli olduğu dövrələrin sayını və şinlərin yeyilmə tempini nəzərə alsaq, ona Soft təkərlərinin verilməməsi məni xeyli təəccübləndirdi, – RBR rəhbəri jurnalistlərə bildirib. – O, 33-cü dövrədə Hard şinlərinə keçdi. Mən ona Soft təkərlərinin veriləcəyindən əmin idim, çünki bu onun həyatını xeyli asanlaşdıracaqdı. Belə bir hiss var ki, onlar bu anda qələbə qazanmaq fürsətini əldən verdilər”.
Horner Ferrari strateqlərini də yaddan çıxarmayıb. O, komandanın nədən əvvəlcə Saynzdən Şarl Lekleri irəli buraxmasını istədiklərini, sonra isə monakolunu köhnə təkərlərdə saxlayaraq, onu əlverişsiz vəziyyətə saldıqlarını başa düşmədiyini bildirib.
“Əlbəttə, hər komandanın öz yanaşması var”, - Kristian qeyd edib. “Ancaq mən başa düşə bilmirəm ki, niyə [təhlükəsizlik maşını girdikdən sonra] hər iki avtomobilin şinlərini eyni anda dəyişdirməyəsən və əgər birini dəyişdirirsənsə, o heç olmasa Şarl olmalı idi.
autograph.az
İyulun 5-də Sumqayıt Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
Görüşdə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Coşqun Əhmədzadə, idarənin məsul şəxsləri və sahibkarlar iştirak ediblər.
Ölkəmizdə əlverişli biznes mühitinin yaradılması, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə görülən işlərdən danışan Sumqayıt Baş Gömrük İdarəsinin rəisi bu istiqamətdə sahibkarların iştirakı ilə davamlı olaraq görüşlərin, “dəyirmi masa” və seminarların keçirildiyini xatırladıb.
Məlum pandemiya səbəbindən son vaxtlar belə tədbirlərin onlayn formatda təşkil olunduğunu bildirən Coşqun Əhmədzadə artıq sahibkarlarla görüşlərin yenidən ənənəvi şəkildə davam etdiriləcəyini və sahibkarları düşündürən məsələlərin onların yaxından iştirakı ilə müzakirə olunacağını diqqətə çatdırıb.
Tədbirdə Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin asanlaşdırılması, ölkənin ixrac və tranzit potensialının gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar barədə məlumat verilib.
Qeyd edilib ki, islahatlar nəticəsində vətəndaş-məmur təması minimuma endirilib, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri sürətləndirilib, gömrük rəsmiləşdirilməsi prosesi sadələşdirilib, uçotun düzgün qurulması və maliyyə nəzarətinin gücləndirlməsi istiqamətində yeniliklər tətbiq olunub.
Gömrük sistemində tətbiq edilən layihələrdən bəhs edən Baş İdarə rəisi, xüsusilə “Yaşıl dəhliz” buraxılış sisteminin vaxt və vəsait itkisinin qarşısının alınması, gömrük-biznes münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Vurğulanıb ki, gömrük sistemində həyata keçirilən yeniliklər, təkmilləşdirmələr zamanı daim sahibkarların təklif və rəyləri diqqətdə saxlanılır, gələcəkdə də tətbiq ediləcək layihələr biznes nümayəndələri ilə məsləhətləşmələr aparılaraq reallaşdırılacaq.
Görüşdə çıxış edən sahibkarlar gömrük orqanların fəaliyyətindən, gömrük-biznes əməkdaşlığından məmnunluqla bəhs edib, təklif və rəylərini səsləndiriblər.
Qarşılıqlı diskussiya şəklində davam edən görüşdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Paytaxtın 8 Noyabr prospektində yerləşən yerüstü keçidlərdən sakinlər demək olar ki istifadə etmir.
Buna səbəb nədir?
Sakinlərin bir çoxu, yerüstü keçiddən istifadə etməməsinə səbəb kimi keçiddə havalandırma sisteminin və eskalatorun olmamasını göstərib.
Ərazidə eskalator olan keçidlərdə də eyni hal müşahidə olunur. Sakinlər keçid əvəzinə özlərini təhlükəyə ataraq avtomobillərin sıx hərəkət etdiyi yol ilə keçirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.
Bununla əlaqədar mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılmışdır.
İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
Sual: Onun həmin alətlə metroya daxil olmasını nə qədər düzgündür?
Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir.
Motosikletdə oturan qadının başına hindistan cevizi düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Malaziyada baş verib. Belə ki, hərəkətdə olan motosikletdə əyləşən sərnişinin başına hindistan cevizi düşüb. Hadisədən sonra idarəetməni itirən qadın motosikletdən düşüb. Xoşbəxtlikdən kaska qadının həyatını xilas edib.
Həmin görüntüləri təqdim edirik:
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə "Şəmkir avtovağzalı"nın qarşısında qeydə alınıb.Gəncə-Balçılı xətti üzrə işləyən "Mercedes" markalı, 36 saylı sərnişin mikroavtobusu ilə "QAZ-24" markalı minik maşını to qquşub. Qəza zamanı xəsarət alan olmayıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Azyaşlı qızın qaza toxunması qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, xarici ölkələrin birində motosikletlə paltar dükanının qarşısında dayanan qadın pul qabını axtararkən yanında oturtduğu azyaşlı qızının qaza toxunması qəzaya səbəb olub. Nəqliyyat vasitəsi əvvəl "Toyota Corolla" markalı minik maşınına, sonra yolun digər kənarında dayanan motosikletə çırpılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Görüntülər geyim dükanının müşahidə kamerası tərəfindən qeydə alınıb.
Həmin videonu təqdim edirik.
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, ““Hyundai” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobildə olan Kürdəmir sakini 27 yaşlı Göyüşova Şəhanə Rasim qızı və 29 yaşlı Bərdə rayon sakini Əhmədli Hüseyn Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Fakt araşdırılır.
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir.
Bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) dəyişiklik təklif olunur.
Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
İlk "bərkgedən" Cadillac Escalade-V ofrouderi Lamborghini Urus krossoverindən iki dəfə baha qiymətə satılıb. Barrett-Jackson hərracının qalibi "001" VIN nömrəsi olan “bərkgedən” Esclalde-V modeli üçün yarım milyon dollar ödəyib.
Xatırladaq ki, yeni Lamborghini Urus modeli ABŞ-da təxminən 230.000 dollara başa gəlir. Əldə olunan vəsait xeyriyyə işlərinə yönəldiləcək – vəsaiti qaradərili yaradıcıları dəstəkləyən Miçiqan şəhərindəki Pensole Lewis College of Business & Design kollecinə köçürüləcəklər.
Hərraca çıxarılan ilk Cadillac Escalade-V modeli firma qırmızı rənginə boyanıb və maksimum təchizata malikdir. “Bərkgedən” ofrouderin kapotunun altında 691 at qüvvəsi və 885 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik V8 mühərriki yerləşir. Escalade-V modeli 60 mil/saat (97 km/saat) həddinə 4,4 saniyəyə sürətlənir.
Əslində, Cadillac Escalade-V modelinin ABŞ-dakı satış qiyməti 150 min dollardan başlayır. Odur ki, ofrouderin yeni sahibi “gözəl” identifikasiya nömrəsi üçün, əlavə olaraq, iki belə ofrouderin dəyərini artıqlaması ilə ödəyib.
İlk Cadillac Escalade-V modelinin buraxılışı özünəməxsus şəkildə qeyd olunacaqdır - məşhur idman ayaqqabısı dizayneri D'Ueyn Edvards xüsusi sifarişlə eksklüziv 2023 Escalade-V VIN 001 idman ayaqqabısını hazırlayacaqdır.
Altı ay əvvəl Barrett-Jackson hərracında ilk Chevrolet Corvette Z06 sportkarı satılıb və “001” VIN nömrəsi olan superkar üçün nə az, nə çox, 3,6 milyon dollar ödənilib. Xatırladaq ki, bu məbləğa yeni Bugatti Chiron hiperkarını almaq mümkündür.
autograph.az
Avtomobil istehsalçısı "Volvo Group" il ərzində Rusiya Federasiyasında işçilərini ixtisar edəcək - şirkət hazırda fəaliyyətsiz olan Kaluqadakı zavodda yük maşınları istehsal edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, Kaluqadakı "Volvo Trucks" zavodu hazırda fəaliyyətsizdir, lakin şirkət Rusiya bazarından çıxmaq barədə qərar qəbul etməyib.
Şirkət işçilərin ixtisarı qərarını "Volvo Group"unun əməliyyat fəaliyyətini Rusiyada dəyişən bazar şəraiti ilə əlaqədar uyğunlaşdırmaqla izah edib.
"Unikal"
ABŞ-ın Corciya ştatında yaşayış olan evə girən timsah sakinlərin təşvişinə səbəb olub.
Hadisə yerinə dərhal polislər çağırılıblar.
Mənzilə daxil olan timsahı polislər tutaraq çaya buraxıblar.
oxu.az
“Hubble” kosmik teleskopu qalaktika “mirvari”sini görüntüləyib.
Bu barədə rəssədxananın saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, görüntüdə çoxqollu qalaktikaların qeyri-adi birləşməsi əks olunur.
Kainatdakı bu qeyri-adi sahə Yerdən təxminən 520 milyon işıq ili uzaqlıqda, Orion bürcündə yerləşir.
Xatırladaq ki, daha əvvəl alimlər “Hubble” teleskopundan istifadə edərək nəhəng qalaktikalar çoxluğunun şəklini çəkmişdilər.
Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması ilə bağlı mütəmadi tədbirlər görülsə də, ərazidə avtomobil sıxlığının qarşısını tam almaq mümkün olmayıb.
Pandemiya dönəmində yolda avtomobillərin hərəkəti nisbətən azaldı, lakin sentyabrın sonu ölkədə təhsil müəssisələrində tədris tam bərpa olunandan sonra ərazidə yenidən tıxaclar yaranıb. Bəs, adıçəkilən yolda tıxacların aradan qaldırılması üçün əlavə hansı tədbirlər görülməlidir?
Nəqliyyat eksperti Elməddin Muradlı Bakıvaxtı.az-a bildirib ki, ilkin növbədə alternativ yollar salınmalıdır:
“Tıxac mövzusu artıq paytaxtın giriş-çıxış nöqtələrinin alnına yazılmış ciddi bir problemdir. Şəhərin istər şimal, istər, cənub, şərq, şimal-qərb və.s istiqamətlərində günün pik saatlarında tıxac ənənə halını alıb. Təbii ki, bu problemin həlli yolları da var. Alternativ və kənar dairəvi yolların salınması mütləq lazımdır. Kənar dairəvi yolların istifadəlilik dərəcəsi yoxlanılmalıdır. Hazırda Yeni Yasamal ərazisindən keçən kənar dairəvi yol müəyyən qədər, yükü ödəyir. Bakı-Sumqayıt və ya Sumqayıt-Bakı istiqamətinə gedən insanlar Avtovağzal yolunda tıxaca düşürlər. Bu adamlar Avtovağzalı keçib kənar dairəvi yola düşəndən sonra rahat nəfəs ala bilirlər. Məsələn, bundan əlavə, Bayıldan şəhərə gələn istiqamətdə maşınlar tıxaca düşür və saatlarla orda qalırlar. Ona görə ki, günün pik saatlarında Binə-Sədərək ticarət işçilərinin də iş saatının bitən vaxtı olur və ordan çıxan insanlar kütləvi şəkildə şəhərin içindən keçməyə məcbur qalır”.
Ekspert Bayıldan şəhər istiqamətində yaranan tıxacın səbəbini Neftçilər prospektinin alternativinin olmaması ilə əlaqələndirib:
“Belə olan halda, təbii ki, tıxac qaçılmazdır. Bu istiqamətdə müxtəlif fikirlər səslənib. Məsələn, dəniz üzərindən yol çəkməkdən tutmuş, əlavə kənar yolların çəkilməsinə qədər müzakirələr olub. Bundan əlavə, Şamaxı yolu və 20 Yanvar dairələrində olan körpülər Üçüncü mikrorayon, Qələbə dairəsi və Şərifzadə küçəsinə şaxələndirilməlidir. Məsələn, Koroğlu dairəsinin üzərində olan körpü modelini bu ərazidə də tətbiq etmək olar. Belə olan halda yük qismən azaldıla bilər”.
E. Muradlı bildirib ki, bundan başqa, Xırdalan dairəsinə daxil olan avtomobillər Bakı-Sumqayıt yolunda tıxac yaradırlar:
“Səbəb odur ki, aidiyyatı qurumlar, məsələn Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Sumqayıt yolunu genişləndirəndə Xırdalan dairəsinə daxil olan avtomobillərin taleyini düşünmədi və bu istiqamətə sadəcə 2 zolaq verdi. Bəs, Baş Dövlət Yol Polisi və Xırdalan şəhəri tərəfdən gələnlər niyə hesaba vurulmadı? Ona görə də, təklif edirəm ki, "Koroğlu" metrostansiyasının yaxnlığındakı körpü modeli orda da tətbiq olunsun və ya "Gənclik" metrostansiyası ətrafındakı tunel modelinə üstünlük verilsin. Beləliklə, tunelə daxil olub Baş Dövlət Yol Polisi və eyni zamanda Xırdalan istiqamətinə getmək olar. Lakin AAYDA standart modeli üstün tutdu və bu gün də bu problem yaranır. Modeli də ona görə üstün tutdular ki, gələcəkdə yeni layihə alsınlar, yenidən maliyyə xərclənsin və beləliklə öz məqsədlərini güdə bilsinlər. Bunun nəticəsidir ki, Bakıda yollar tıxacdan təmizlənmir”.
Yunis.İ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avtosfer.az-a verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin onlayn yolla satışı ilə məşğul olan Sadiq Kərimov saxlanılıb. Onun üzərindən 100 qram heroin və metamfetamin aşkar edilib. Bu şəxs izahatında narkotikləri sosial şəbəkələrdə satmaq məqsədi ilə tanışı Gülərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs, yəni, Gülər Abdullayeva da tutularaq istintaqa təqdim edilib. Onuun Binəqədi və Nizami rayonlarında kirayə yaşadığı evlərdən isə 500 qrama yaxın heroin, marixuana və metamfetamin aşkar olunub. Gülər Abdullayeva izahatında narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından aldığını bildirib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər silsilə əməliyyatlar zamanı son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər uğurlu əməliyyat zaman Binəqədi rayonunda iki nəfərə qarşı kəsici alətdən istifadə etməklə quldurluq edən və zərərçəkənlərin mobil telefonlarını, eləcə də pulunu alan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Məhəmməd İmanov, Fəyyaz Yarıyev və İlkin Eldaroğlu tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslər ifadələrində etdikləri cinayətləri etiraf ediblər.
Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam edirilir.
Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Sürücülər üçün olduqca əhəmiyyətli olan məsələlərdən biri də avtomobili sığorta etdirməsidir. Lakin son zamanlar kiçik mühərrikli avtomobillərin icbari sığortası müşkül məsələyə çevrilib desək yanılmarıq. Belə ki, bəzi sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Sığorta agentlərinə tapşırılıb ki, mühərrik həcmi iki min kub santimetrə (2.0 l. mühərrik) qədər olan avtomobillərə icbari sığorta polisi yazılmasın. Hətta şirkətlər əməkdaşlıq etdikləri sığorta agentləri ilə yenilədikləri müqavilələrdə belə bu bəndi əlavə ediblər.
Qeyd edək ki, sığorta şirkətləri bu tələbə əməl etməyən agentləri komissiyadan məhrum etməklə cərimə edilirlər. Nəticədə sığorta agenti kiçik mühərrikli avtomobilləri sığortalamaqda maraqlı olmur. Digər tərəfdən, əksər sığorta şirkətləri onlayn qaydada bu avtomobillərin icbari sığortasını bloklayırlar.
Ortaya sual çıxır: Niyə?
Səbəb isə kiçik mühərrikli nəqliyyat vasitələrinin daha çox qəza riski ilə üzləşməsi ilə bağlıdır və şirkətlərin onları zərərli hesab etməsidir. Belə ki, sözügedən avtomobillər daha çox ya icarəyə verilir, ya da taksi fəaliyyəti üçün istifadə edilir. Törədilən qəzalarda da həmin nəqliyyat vasitələrinin payı çoxdur. Artan risklər və təmir xərcləri səbəbindən sığorta haqqının dəyən ziyanı qarşılamadığından bəzi şirkətlər bu qrupa aid avtomobilləri sığortalamaq istəmirlər. Amma nəzərə almaq lazımdır ki, bütün kiçik mühərrikli avtomobil sahibləri taksi fəaliyyətinə cəlb edilmir.
Bu barədə mütəxəssislər nə düşünür: Nə etməli?
Milli Məclisin deputatı Vüqar Bayramov “İki sahil”ə açıqlamasında bildirib ki, bu tip avtomobillərin icbari sığorta sisteminin təkmilləşdirilməsinə və bu istiqamətdə yeni qaydaların tətbiq edilməsinə ehtiyac var: “Kiçik mühərrikli və ya qiyməti aşağı olan avtomobillərin sığorta edilməsi əksər hallarda sığorta şirkətləri üçün cəlbedici olmur. Əslində, sığorta şirkətləri mühərrik gücündən asılı olmayaraq qanunla müəyyənləşdirilmiş tariflər çərçivəsində avtomobillərin icbari sığortasını həyata keçirməlidirlər. Bütün bunlar avtomobillərin icbari sığortalanması mexanizminin təkmilləşməsi məsələsini bir daha gündəmə gətirir. Mövcud problemin aradan qaldırılması üçün bütövlükdə avtomobillərin icbari sığortası mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Digər tərəfdən, sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilməlidir. Bununla da xüsusən kiçik mühərrikli avtomobillərin sığortalanması zamanı meydana çıxan çətinliklərin aradan qaldırılmasına nail olunması vacibdir.”
Nəqliyyat eksperti Elməddin Muradlı isə mövzu ilə bağlı qəzetimizə açıqlamasında qeyd edib ki, bu, sığorta şirkətlərinin yaratdığı problemdir: “Aydındır ki, risk yüksəkdir. Kiçik mühərrikli avtomobillər daha çox taksi kimi istifadə edilir. Belə olan halda onların törətdikləri nəqliyyat hadisələrinin sayı artır ki, sığorta şirkətləri də bu tipli avtomobilləri risk qrupuna salırlar və onları “qara siyahıya” daxil edirlər. Sığorta şirkətlərinin bundan imtina etməsi qanunsuz hərəkətdir.”
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu qanunsuzluğun aradan qalxması üçün aidiyyəti qurumlar ciddi tədbirlər görməlidirlər: “Diqqətə çatdırım ki, İcbari Sığorta haqqında qanuna görə heç bir şirkətin hüququ, səlahiyyəti yoxdur ki, hansısa avtomobilləri “qara siyahıya” salsın və onları sığorta etməkdən imtina etsin. Eyni zamanda, sığorta etdirmək istəyənlər də belə problemlərlə üzləşdikdə aidiyyəti orqanlara müraciət etməlidirlər. Maliyyə Nazirliyinin nəzarəti altında olan qurum, Mərkəzi Bankın bu istiqamətdə nəzarət mexanizmləri var. Zənnimcə, bu qurumlar icbari sığorta mövzusuna ciddi nəzarət etməlidirlər. Həmin şirkətlərin özbaşınalıqlarına son qoyulmalıdır”.
Ekspert onu da vurğulayıb ki, problemi üzdən yox, kökündən həll etmək lazımdır: “Tez-tez qəza törədən sürücülərə qarşı mexanizm sərtləşdirilməlidir. Belə sürücülər üçün sığorta ödənişləri artırılmalıdır. Bəlkə, belə olan halda onlar nəticə çıxararlar.”
Tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankından (AMB) bu məsələ barədə “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq: “Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Odur ki, istənilən avtomobilin, o cümlədən mühərrikin həcmi 2001 kubsantimetrdən aşağı olan avtomobillərin sığortalanmasından imtina oluna bilməz.”
AMB-dən o da bildirilib ki, belə faktlarla qarşılaşan vətəndaşlar dərhal Mərkəzi Bankın qaynar xəttinə (966) müraciət edə bilərlər. Qurum diqqətə çatdırıb ki, müvafiq faktların aşkarlandığı halda Mərkəzi Bank tərəfindən hüquq pozuntusuna yol verən sığortaçılara qarşı qanunvericliyə uyğun olaraq nəzarət tədbirləri tətbiq olunacaq.
Bakıda magistral yolun bir hissəsinin qəbiristanlq ərazisinə satılması iddia olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
İddiaya əsasən, Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağı qəbiristanlıq ərazisinə satılıb və 180 qəbirlik yerin hazırlıq işlərinə başlanılıb.
Bu iddianın nə qədər həqiqəti əks etdirməsini dəqiqləşdirmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, iddialar əsassızdır: "Qeyd olunan ərazidə sürüşməyə istinad divarı inşa edilir. Sifariş əsasında işləri AAYDA görür. İşlər tamam olduqda ictimaiyyətə məlumat veriləcək".