Türkiyədə sərxoş sürücü avtomobili ilə Çevik Polis Şöbəsinə daxil olmaq istəyərkən saxlanılıb.
Azerforum.com xəbər verir ki, Elazığda baş verən olay zamanı polisin havaya atəş açması onu saxlayıb. Avtomobilindən enən şübhəli nəzarətə götürülüb.
Sərxoş sürücünün şəhərə yeni köçdüyü üçün yolları bilmədiyi, səhvən polis idarəsinə girməyə çalışdığı bildirilib.
Sürücü dindirilmək üçün polis bölməsinə aparılıb.