• Şikayət et

Avropa Birliyindən Rusiyaya qarşı daha bir sərt sanksiya paketi gəlir

Avropa Birliyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq özünün növbəti 6-cı sanksiyalar paketini təqbiq etməyə hazırlaşır. 

Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə AB diplomatları bildirib.

Yeni sanksiyalar paketinə Rusiyadan neft idxalına qadağa və daha bir neçə Rusiya bankının Swift proqramından çıxarılması aiddir.

Bu günə qədər enerji satışı transaksiyalarındakı roluna görə Rusiyanın iki əsas bankı Qazprombank və Sberbank sanksiyalar siyahısına salınmamışdı. Avropa Komissiyası rəhbəri Ursula Von Der Leyen bildirib ki, yeni sanksiyalar Rusiyanın ən böyük bankı Sberabanka da aid olacaq. 

Ehtimal edilir ki, sanksiyalar Rusiyanın digər böyük bankı Qazprombankı da əhatə edə bilər. 

Baltik ölkələri daxil bir sıra ölkələr isə Rusiya informasiya vasitələrinə qarşı da sanksiya qoyulmasına çağırıb. 

Qeyd edək ki, bir sıra Avropa ölkələri neft ixdalına sanksiya qoyulmasına qarşıdır. Almaniya Rusiya neftinə embarqo qoyulsa, Avropa Birliyi iqtisadiyatının geriləyəcəyini bildirib.
 
Keçən həftə Amerika maliyə naziri Canet Yellen də Rusiya neftinə qəfil embarqonun Avropa və dünya üçün pis təsirlərinin olacağını bildirib. 
 
Nurlan Hüseynov
Mənbə:
0
1797
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar