AZ

Son vaxtlar kilsə qiyamının getdikcə zəiflədiyi müşahidə olunur- ÖZƏL

"Ermənistanda hazırda hələ də davam edən kilsə qiyamının Paşinyan hakimiyyətinin qələbəsi ilə sona çatma ehtimalı həddindən artıq çoxdur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Çünki son vaxtlar kilsə qiyamının getdikcə zəiflədiyi müşahidə olunur. Erməni üçlüyü: erməni diasporu, Qarabağ klanı və erməni kilsəsi ortaq erməni üçlüyü modelində Paşinyan hakimiyyətinə qarşı başlatdığı mübarizə artıq zəifləməyə doğru inkişaf edir. Paşinyan hakimiyyəti yaxın bir neçə ay ərzində kilsə qiyamını məğlub etmə imkanlarına malikdir. Hətta baş nazir Nikol Paşinyan yaxın üç ay ərzində bu məsələni həll edəcəyini bəyan edib və bu da Paşinyan hakimiyyəti və erməni kilsəsi arasındakı daxili hesablaşma hesab olunacaq məsələdir. Böyük ehtimalla Paşinyan hakimiyyəti kilsəni, yəni erməni kilsəsini küncə sıxışdıracaq, əlindəki sərvəti, torpaqları, maliyyə imkanlarını, biznes fəaliyyəti imkanlarını qapatmaqla, erməni kilsəsini sıradan çıxartmağa çalışacaq və ehtimal etmək olar ki, erməni kilsəsi yaxın gələcəkdə Ermənistan erməni toplumunda formal quruma çevrilməyə başlayacaq. Yəni bütün bu proseslərdə Paşinyan hakimiyyətinin qələbə ilə çıxma ehtimalı həddindən artıq yüksəkdir və yaxın aylarda biz Paşinyanın qiyamı, bu hərəkatı idarə edənlər və iştirakçıları üzərində yekun qələbəsinin şahidi ola bilərik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
olaylar.az

1Mənbələr