AZ

Ermənistan vəziyyəti dəyişə bilər-Tural İsmayılov- ÖZƏL

"Baqrat Qalstanyanın arxasında bir neçə antipaşinyan dəstəsi cəmləşib. İndiyə kimi Ermənistanının hansısa ictimai-siyasi rəyində görünməyən və heç bir məna ifadə etməyən keşişin birdən-birə aksiyalar başlatması hadisənin nə qədər təhlükəli olduğunu göstərir. 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Hətta "Vətən naminə Tavuş" adlı  hərəkat rəhbərlərindən olan Qurgen Melikyan  Baqrat Qalstanyanı Ermənistanın Baş nazir postuna namizədliyini irəli sürdüyünü bildirib. Baqrat Qalstanyanın  namizədliyini irəli sürməsi təhlükəli prosesdir və onlar Nikol Paşinyanı devirmək üçün Ermənistanda xalqı ayağa qaldırmağa çalışırlar. Hazırda Nikol Paşinyan ciddi sınaq qarşısındadır. Ölkədə xarici güclərin əlində oyuncağa çevirilmiş dairələr var. Onlar uzun illər dalan dövlət kimi istifadə olunulan Ermənistanı yenidən dalan dövlətinə qaytarmağa çalışırlar. Aksiyanın qarşısını almaq üçün Ermənistanın əlində  kifayət qədər güc var. Ermənistan vəziyyəti dəyişə bilər. Aksiyanın polis tərəfindən qarşısının alınması Nikol Paşinyana təhlükənin az olduğunu göstərir. Burada ən böyük problemlərdən biri aksiya təşkilatçılarının arxasında antipaşinyan qüvvələrinin olması dayanır. Bu da aksiyanı bir qədər təhlükəli edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
olaylar.az

1Mənbələr