AZ

Zelenski İspaniyadadır

Ukrayna Prezidenti Vladimir Zelenski İspaniyaya gedib.

Olaylar bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Səfəri çərçivəsində Prezident Zelenskinin İspaniya Baş naziri Pedro Sançez və İspaniya Kralı VI Felipe ilə görüşü gözlənilir.

Xatırladaq ki, mayın 15-də Ukrayna Prezidenti Xarkov vilayətinin şimalına Rusiyann hücumu ilə əlaqədar bütün gələcək xarici səfərlərini, o cümlədən mayın 17-nə planlaşdırılan İspaniyaya səfərini təxirə salmışdı. Zelenskinin Baş nazir Sançezlə təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli saziş imzalaması, həmçinin Portuqaliyaya səfəri gözlənilir.

Ukrayna Prezidentini hava limanında İspaniya kralı VI Felipe qarşılayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
6
olaylar.az

4Mənbələr