AZ

Bakı metrosu iş rejimini dəyişir

28 May - Müstəqillik Günü ilə əlaqədar sabah Bakı Metropoliteni QSC-də iş rejiminə dəyişikliklər ediləcək.

Olaylar xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, həmin gün "Həzi Aslanov-28 May" sahəsində qatarların hərəkət intervalı saat 07:00-dan 21:00-dək 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi "28 May" stansiyasından sonra "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində və əksinə, qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Sərnişin axınının istiqamətlərindən asılı olaraq, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

Bayram günü "Bakmil" stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü cədvəlindən istifadə etmələri xahiş olunur.

Metropoliten istifadəçilərinin təhlükəsizliyi və sərnişin rahatlığı nəzərə alınmaqla, işçi heyəti üçün növbətçilik cədvəli əsasında iş rejimi müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
49
olaylar.az

10Mənbələr