AZ

Komitə sədri “Kitab evi”nin rəhbərinə məktub ünvanlayıb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Kitab evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adilə Nəzərə təbrik məktubu ünvanlayıb. Adilə xanımın 55 illik yubileyi ilə bağlı təbrik məktubunda onun elmi və bədii yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib:
 
“Hörmətli Adilə xanım,

Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, elmi, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin aparıcı elmi işçisi, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı maraqlı mədəniyyət-sənət layihələrinin rəhbəri olaraq geniş ictimai, yaradıcı fəaliyyətinizlə seçilirsiniz.

Siz “Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili” kimi önəmli bir mövzunu tədqiq etmisiniz. Monoqrafiyalarınızın adı və nəşr illəri belə elmi, yaradıcı fəaliyyətinizin məhsuldarlığını göstərməkdədir. “Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti” (2014), “Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri” (2017), “İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi” (2021), “Aşıq Ələsgər yaradıcılığında sufizm” (2023).

Sizin elmi və bədii yaradıcılığınız qoşa qanad kimi bir-birini tamamlayır. 9 şeirlər kitabınız gün üzü görüb. Şeirləriniz qardaş türkcələrə, habelə fars, fransız ingilis, rus dillərinə çevrilib.

Azərbaycanda və bir sıra xarici ölkələrdə poeziya festivalları, ədəbi toplantılar və elmi konfranslarda uğurla iştirak etmisiniz.

Ötən il Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olmuş, “Aşıq Ələsgər–200” yubiley medalı ilə təltif edilmisiniz.

 
Sizi ictimai və yaradıcılıq uğurlarınız, eləcə də əlamətdar yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
2
qht.az

3Mənbələr