AZ

Rusların tank altına salıb öldürdüyü 27 erməni "inqilabçı" və MEQ-VAKH dəstəsi

Son 35 ildə rusların havadarlığı iləQarabağda istədiklərini edən, torpaqlarımızı işğala , insanlarımızı kütləvi şəkildə qətlə, ağlagəlməz faşist üsullarla işgəncələrə məruz qoyan, yurdumuzun daşını -daş üstündə qoymayan, xaincəsinə çapıb talayan ermənilər 200 ildir Rusiyanın qarşısında diz çöksələrdə, onların köçürmə planları ilə Qafqaza gəldiklərini bilsələr də amma ürəklərində öz himayədarına, ağasna qarşı nifrəti hər zaman olub.

Uzağı demirik, 1977-ci ildə Moskvanın mərkəzində Moskva metrosunda etdikləri terrorla bunu sübut ediblər. Ümumiyyətlə , ermənilər hər zaman ruslara nifrətlərini qusmağı bacarıblar. Bunun adı nankorluq olsa da, ermənilər nankorluğu adi hal hesab edib və əməllərindən qalmayıblar. Bəlkə də elə ona görə, SSRİ-nin ilk seri qatili Vladimir İonesyan, daha sonra Valeri Asratyan, Zaven Almazyan kimi seri qatillər ruslara qarşı düşmənçiliyini fərdi şəkildə xeyli rus öldürərək ortaya qoyublar.
Uzun sözün qısası, baxmayaraq ki, ruslar ermənilərdən bir Ermənistan yaratmışdı, amma arada bir siyasətlərinə uyğun olaraq erməniləri də əzməkdən yan keçmirdilər.
Belə hadisələrdən biri də 34 il əvvəl baş vermişdi.
Adalet.az erməni mediasına istinadən yazır ki, 1990-cı il mayın 27-də İrəvan dəmir yolu vağzalında və İrəvan-Nübaraşen yolunda bir qrup azadlıq istəyən üsyançılar ilə İrəvanı tanklarla işğal edən sovet əsgərləri arasında qanlı toqquşma baş verib. Sovet rejiminə qarşı üsyan edən 27 etirazçı erməni, o cümlədən etiraz dəstələrinin başçıları olan Arsen Arutyunyan, Qaregin Karapetyan, M. Arutyunyan, Vazgen Vardanyan, Xaçik Malxasyan, Edik Petrosyan rus əsgərləri tərəfindən öldürüldü.
Mətbuat yazır:" Daha sonra, rus tankları ilə öldürülən bu etirazçıların baş hərfləri ilə başlayan MEQ-VAKH könüllü dəstəsi yaradıldı. Çox təəssüf ki, Rusiyanın bu təxribatı layiqincə pislənilmədi və bizə dərs olmadı".
Qeyd edək ki, Qarabağ müharibəsi zamanı yaranan adıgedən dəstə Azərbaycana qarşı terrorda iştirak etmişdi.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
adalet.az

1Mənbələr