AZ

Samir Vəliyev: “Azərbaycanda "yaşıl enerji"nin inkişafına 1,5 milyard dollar investisiya yatırılıb

Azərbaycanda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində ümumilikdə 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və yatırılmaqdadır.

Adalet.az xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

"Bu 20-25 il müddətinə hesablanan böyük layihələrdir. Bu ölkənin gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisidir", - S. Vəliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan nəhəng neft və qaz sərvətlərinə malikdir:

"Əslində bu sərvətlərin ixracı nəticəsində böyük maliyyə vəsaitləri qazanılır, tələbatlar ödənilir. Enerji tələbatının ödənilməsi baxımından bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində belə bir ciddi zərurət yoxdur. Amma biz beynəlxalq İqlim dəyişikliyi, atmosferə atılan tullantıların azaldılması ilə bağlı könüllü olaraq bir sıra hədəflər müəyyən etmişik. Ölkə başçısı 5 ilkin prioritetlərdən biri kimi məhz "Yaşıl inkişaf"ı müəyyən edib. 2022-2026-cı il üçün "Sosial-İqtisadi İnkişaf Strategiyası", "Böyük Qayıdış" planında çox ciddi hədəflər müəyyənləşdirilib. Biz 2027-ci ilə qədər "yaşıl enerji" mənbələri ilə bağlı layihələrin həyata keçirilməsini nəzərdə saxlamalıyıq. Bunun enerji sistemimizə inteqrasiyasını da həyata keçirəcəyik”.

S.Vəliyev bildirib ki, paralel olaraq dənizdə də böyük külək enerji potensialı mövcuddur: “Biz bunu reallaşdırıb və əldə edilən enerjinin Avropa ölkələrinə ixrac edilməsini planlaşdırırıq. Ötən ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin şirkəti tərəfindən 230 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi yekunlaşıb. Qarşıdakı dövrdə 240 meqavatlıq Külək Elektrik Stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu yaxınlarda 1 qiqavat gücündə 3 elektrik stansiyasının inşasına start verilib".

S.Vəliyev qarşıda görülməli olan işlərə də toxunub: "Həyata keçirilməli layihələrdən birincisi bərpa edilən enerjilərini inteqrasiyasını həyata keçirməklə bu sahəni gücləndirməliyik. İkinci istiqamət dənizdə istehsal ediləcək yaşıl enerjinin Avropa ölkələrinə ixracını təmin etməkdir. Hazırda bu sahədə iş gedir. Bilirsiniz ki 3 dəhliz üzərindən işlər aparılır. Bunlardan birincisi "Xəzər dənizi - Qara Dəniz Avropa yaşıl enerji dəhlizi", "Azərbayacan -Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan üzərindən aparılan, üçüncü mühüm istiqamət isə yeni başladığımız "Mərkəzi Asiya ölkələrindən, onların yaşıl enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya ixracını həyata keçiririk. Bu bizim strateji hədəflərimizdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
adalet.az

7Mənbələr