AZ

Rəşad Sadıqovla 50-ci qələbə

Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 50-ci qələbəsini qazanıb.

90deqiqe.Az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXVI turuna təsadüf edib.

42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçisi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir kluba rəhbərlik etmiş R.Sadıqov 2020-ci ilin yayından “Zirə”nin baş məşqçisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
26
90deqiqe.az

10Mənbələr