AZ

Üzünün bir hissəsi və bədəni yanan Fərhadın köməyinizə ehtiyacı var

Ağır yanıq xəsarətləri alan 11 yaşlı Fərhadın dəstəyə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Səfiyyə Rəsulova məlumat verib.

O bildirib ki, övladı fevralın 28-də yanıq xəsarəti alıb:

"Biz Qaxda yaşayırıq. Fərhad fevralın 28-də evdə qaçarkən qaynar qazanı üzərinə aşırıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım burada əməliyyat olundu. Sonra sizin saytınızın köməyi ilə Fərhadın müalicəsini davam etdirdik. Artıq evimizə qayıtmışıq. Amma yenə dəstəyə ehtiyacımız var".

Ana yardımsevər şəxslərdən kömək istəyib:

"Hazırda müalicələrini davam etdirmək üçün 600 manata ehtiyacımız var. İnanın, bəzən Fərhada verməyə yemək, çörək belə tapmıram. Vəziyyətimiz çox çətindir. Çıxılmaz vəziyyətdə qalmışıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".

Ailə ilə əlaqə: (055) 952-56-53.

Kart nömrəsi: 4169 7388 4513 1865.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
3
hakimiyyet.az

6Mənbələr