AZ

"Çelsi" iki səbəbə görə Amorimdən imtina etdi

"Çelsi" klubunun rəhbərliyi potensial namizədlərdən biri “Sportinq”inin baş məşqçisi Ruben Amorimlə danışıqlardan imtina edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb. 

O, “təqaüdçülər”in baş məşqçi üçün 15 milyon avro təzminat ödəməli olduqlarından çaş-baş qaldığını bildirib.

Həmçinin, klub rəhbərləri Amorimin AL-də təcrübəsinin olmamasından xoşlanmırlar. 2023/2024 mövsümünün sonunda "Çelsi" turnir cədvəlində altıncı yeri tutub.

Xatırladaq ki, argentinalı mütəxəssis Maurisio Poçettino mövsümün sonunda qovulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
90deqiqe.az

1Mənbələr