AZ

"İxtisasını Düzgün Seç – Mühəndis Ol!" layihəsinin tədbirləri Bakıdakı məktəblərdə davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirləri davam edir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində 23 may 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 74 nömrəli orta məktəbdə 10 və 11-ci sinif şagirdləri üçün tədbir keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Əli Babazadə şagirdlərin özlərinə uyğun ixtisas seçiminin önəmindən, onların təhsillərinə, gələcək karyeralarına necə vacib təsir göstərdiyindən danışıb. İxtisas seçimi edərkən hansı nüanslara diqqət etmələri, tələbə adını qazandıqdan sonra özlərinə uğurlu gələcək qurmaları üçün hansı addımları atmaları, nələri öyrənmələri olduqları barəsində məlumat verib.

Daha sonra təlimçi Pərvanə Babayeva mühəndislik ixtisasları haqqında geniş məlumat verib: hansı mühəndislik ixtisasının gördüyü işlər nələrdir, gələcək perspektivləri nələrdir, hansı universitetlərdə tədris olunur və s.

Daha sonra hal-hazırda tələbə və müxtəlif təcrübə proqramlarının qalibi Hüseyn Əliyev şagirdlərə tələbəlik həyatından, necə uğur qazanmasından, təcrübə proqramlarında iştirakından danışıb. Şagirdlərə öz tövsiyələrini verib.

Tədbirdə 45 nəfər 1-ci ixtisas qrupuna hazırlaşan 10 və 11-ci sinif şagirdləri iştirak etmişdir. İştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları (layihənin bloknotu və qələm) paylanıb.

Layihə Azərbaycan Respublikasının Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il Kiçik Qrant müsabiqəsinin qalibi olmuşdur. Layihə üzrə daha 5 məktəbdə tədbirlər keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
29
qht.az

10Mənbələr