AZ

ABŞ-də kinoteatrda balaca qızlara bıçaqlı hücum edildi

ABŞ-nin Massaçusets ştatının Breyntri şəhərində kinoteatrlardan birində şou zamanı tamaşaçılar zalında uşaqlara hücum olub.

Kinoteatra girən şəxs bıçağı çıxararaq heç bir səbəb olmadan azyaşlı qızlara bıçaq zərbələri endirməyə başlayıb.

Yerli polisin məlumatına görə, hücum zamanı yaşları 9-17 arasında olan 4 qız yaralanıb. Xoşbəxtlikdən onların xəsarətləri həyati təhlükə yaratmayıb. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra onlar Bostondakı xəstəxanaya müalicəyə göndəriliblər.

Polis qeyd edib ki, həmin şəxs heç bir şüar səsləndirməyib və onun hücumu təxribat xarakteri daşımayıb. Müşahidə kameralarının görüntüləri əsasında onun kinoteatra biletsiz daxil olduğu müəyyən edilib.

Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin hadisə yerindən qaçdığı avtomobili müəyyən edərək onu təqib ediblər. Nəticədə sürücü təqibdən yayınmaq istəyərkən qəza törədib və saxlanılıb.

ABŞ-də kinoteatrda balaca qızlara bıçaqlı hücum edildi

ABŞ-də kinoteatrda balaca qızlara bıçaqlı hücum edildi

İndi saxlanılan şəxsin Plimut şəhərində analoji hücumda iştirak edib-etməməsi yoxlanılır.

Mənbə: CBC News

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
3
hakimiyyet.az

4Mənbələr