AZ

F1 "Monako Gran-Prisi"nin qalibi Lekler oldu

Monako ilə eyni adlı 3,3 kilometrlik trasda yarışa başlayan Lekler 2 saat, 23 dəqiqə, 15,554 saniyə ilə damalı bayrağı birinci yerdə keçərək, yarışın qalibi olub.

90deqiqe.Az xəbər verir ki, "Mclaren"in avstraliyalı pilotu Oskar Piastri liderdən 7,152 saniyə geri qalaraq ikinci," Ferrari"  komandasının pilotu Karlos Sayns isə 7,585 saniyə geri qalaraq üçüncü olub.

Mövsümün 9-cu yarışı olan Kanada Qran Prisi iyunun 9-da keçiriləcək.

Monako Qran Prisindən sonra sürücülər və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:

Pilotlar

1. Maks Verstappen (Hollandiya): 169 xal

2. Çarlz Lekler (Monako): 138

3. Lando Norris (Böyük Britaniya): 113

4. Karlos Sayns (İspaniya): 108

5. Serxio Peres (Meksika): 107

 

KOMANDALAR

1. Red Bull: 276

2. Ferrari: 252

3. McLaren: 184

4. Mercedes: 96

5. Aston Martin: 44

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
90deqiqe.az

2Mənbələr