AZ

"Zenit"in hegemonluğuna görə azarkeşlərin liqaya marağı azalır"

Bu sözləri "Dinamo", ÇSKA və Rusiya millisinin sabiq qapıçısı Vladimir Qabulov deyib

90deqiqe.Az xəbər verir ki, o, “Zenit”in daimi çempionluğu RPL-ə marağınızı itirirmi?" sualına belə cavab verib:

"Mən futbola emosiyalar üçün yox, təhlil nöqteyi-nəzərindən baxıram.  Yəqin ki, çempionat azarkeşlər üçün maraqsızlaşır.  Baxmayaraq ki, bu mövsüm bir çox arenalarda tamaşaçıların sayı ötən illə müqayisədə artıb.  Düşünürəm ki, klublar arasında rəqabət nöqteyi-nəzərindən növbəti çempionat daha maraqlı olacaq”. 

Xatırladaq ki, Rusiya Premyer Liqasının cari mövsümünün yekununda “Zenit” 57 xalla birinci yeri tutub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
90deqiqe.az

1Mənbələr