AZ

Avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib

Misli Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib.

Buna sonuncu - XXXVI turun ilk qarşılaşmalarından sonra aydınlıq gəlib.

"Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Neftçi"ni minimal hesabla üstələyib - 1:0.

Xallarının sayını 58-ə çatdıran "Zirə" həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik "Sabah" üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.

Rəqiblərindən bir xal az toplayan "Sumqayıt" dördüncü pillə ilə kifatətlənib və Konfrans Liqasında mübarizə aparacaq. "Neftçi" isə avrokuboklardan kənarda qalıb.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
16
cbcsport.az

10Mənbələr