AZ

Xalq artistindən Pərvinə sərt cavab: “Çaşan ördək arxası üstə batır”

Aktrisa Pərvin Abıyeva son açıqlaması ilə gündəmə gəlib.  Belə ki, sənətçi rəsmi nikahın onun üçün önəmsiz olduğunu deyib. O, əsas olaraq dini kəbini qəbul etdiyini deyib.

Aktrisanın bu fikirləri isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri bu sözlərə görə, Pərvini tənqid atəşinə tutublar. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov bu fikirləri qətiyyən dəstəkləmədiyini bildirib:

“Deyirlər, çaşan ördək arxası üstə batır. İndiki şou-biznes nümayəndələrinin bəziləri də bu durumdadır. Bu gün gənc nəsil qalıb iki yol arasında. Onlar bilmirlər Avropalıdırlar, Asiyalıdırlar, Şərqli, yoxsa Qərblidirlər. Bu insanların adicə savadı, intellektual səviyyəsi yoxdur ki, dərk etsinlər ki, Azərbaycan rəsmi dövlət statusu ilə idarə olunur, hər şey Konstitusiya ilə tənzimlənir. Dövlət nikahı rəsmi statusdur, sabah ayrılanda, həyat yoldaşın öləndə, uşaq dünyaya gələndə hər şey bu rəsmi sənədlə təsdiqlənir.

Bizim bir də şəriətə uyğun dini kəbinimiz var. Bunlar bir-biri ilə tam fərqli statusdadırlar. Bu iki statusu bir-birinə qarşı qoymaq, onları qarışdırmaq həm savadsızlıq, həm də ədəbsizlikdir!

Ə.Mahmudbəyov qeyd edib ki, dini kəbini üstün tutub bunu təbliğ edənlər anlamalıdır ki, bu halda cütlüklər arasında heç bir hüquqi status olmur və bu, sonradan ciddi problemlər yarada bilər:

“Sənin molladan kəbinin ola bilər, amma sabah qarşı tərəfdən ayrılsan, heç bir hüquqi sənədin olmadığı üçün aliment ala bilməyəcəksən. Dünyaya bu cür uşaq gətirsən sənəd ala bilməyəcəksən. Dini kəbini rəsmi dövlət nikahından üstün tutanlar bu haqda düşünmürlər?! Mənim fikrimcə, rəsmi nikahın da, kəbinin də olmağı daha yaxşıdır. Bu gün kim hansını seçirsə, ona qarışa bimərik, özləri bilər. Amma hər bir halda, normal əqidəli, düşüncəli şəxs bunun ikisini də etdirməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
7
show.az

8Mənbələr