AZ

Azərbaycanda dəhşətli hadisə-Qıza pul verib məşəyə apardı-Video

Sələmçiyə borclanan kişi dostundan istədiyi pulu ala bilmədiyinə görə onu qətlə yetirib.

Belə ki, sələmçi Nemət (Adlar şərtidir) İlkinə son xəbərdarlıqlarını edərək bildirib ki, bir neçə gün ərzində ondan aldığı pulları qaytarmasa, başına müxtəlif hadisələr gələ bilər.

İlkin onun təhdidlərindən sonra şəhərin küçələrində qorxu içində gəzir, nə edəcəyini, pulu haradan tapıb qaytaracağını bilmirdi. Borcunu ödəmək üçün qohumlarına, keçmiş iş yoldaşlarına zəng vurub pul istəsə də, heç kim ona istdiyi məbləği verəcəyini vəd etmirdi.

Səhəri gün İlkinin yadına düşür ki, əsgərlik dostu Murad var və ondan borc ala bilər. İlkin Muradla görüşür və heç bir məqsədi yoxmuş kimi davranırdı. Onlar daha sonra kafeyə çay içməyə gedirlər.

Kafedə onların masasına xidmət edən Yasəməni görən Muradın əhvalı qəfil dəyişir və ona heyranlıqla baxır, əvvəldən tanıdığı üçün Yasəmənin halını soruşur. Sonra isə İlkin Murada çətinliyi barədə danışır və anlayır ki, Muraddan pul almaq üçün onu yola gətirməlidir.

Daha sonra İlkin Yasəmənə yaxınlaşıb Muradın ondan xoşu gəldiyini deyib. Yasəmənə sabah onlarla birlikdə əylənməyə getməsini və buna görə ona ödəniş də edəcəklərini bildirib.

Səhəri gün İlkin evdən çıxarkən qəfil Nemət onun qarşısını kəsib. O, Nemətə hər şeyi həll edəcəyini deyib. Nemət isə onu küncə sıxaraq xəbərdarlıq edib və pulu verməyəcəyi təqdirdə onu tutduracağını deyib.

Sonra İlkin və Yasəmən Muradın avtomobili ilə şəhər kənarındakı meşəlik əraziyə gediblər. Orada mağazadan aldıqları spirtli içki və ərzaqlardan yeyib içərək dincəliblər. İlkin bir az içdikdən sonra Murada 20 min pula ehtiyacı olduğunu söyləyib. Murad isə aqressiv şəkildə ona “cəhənnəmə kimi yolun var” deyib.

Planı baş tutmayan İlkin Muradın təhqirlərinə dözməyərək oradan uzaqlaşmaq istəyəndə odun doğrayanlardan qalmış baltanı görüb. O, geri qayıdaraq həmin balta ilə Muradı qətlə yetirib və onun üzərindəki pulları götürərək hadisə yerindən qaçıb.

Ətraflı  süjetdə:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
15
xalq.az

10Mənbələr