AZ

Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu çərçivəsində keçirilən "Sabah" - "Xəzri" (74:69) görüşünün ardından qalib komanda, ikinci və üçüncü yerin sahibləri mükafatlandırılıb.

2023/2024 mövsümünün qalibi olan "Sabah" kollektivinə çempionluq kuboku və qızıl medalları Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim edib.

Qeyd edək ki, həlledici görüşdə məğlub olan "Xəzri" komandası gümüş medal qazanıb. Üçüncü yer uğrunda görüşdə "Xırdalan"ı üstələyən "NTD-İndiqo" kollektivi isə bürünc medalla təltif edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
29
cbcsport.az

10Mənbələr