AZ

Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda təşkil olunan II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

57 kq çəkidə qüvvəsini sınayan idmançı 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.

Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 9 boksçu ilə təmsil olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
19
cbcsport.az

10Mənbələr