AZ

Daha bir cüdoçumuz dünya çempionu oldu - Video

Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

25 yaşlı idmançı finalda kanadalı Şeydi Əl-Nahası məğlub edərək dünya çempionu olub.

Xatırladaq ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə ilk qızıl medalı Hidayət Heydərov (73 kiloqram) qazandırıb.

Qeyd edək ki, Zelim Kotsoyev son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub Dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
13
qafqazinfo.az

10Mənbələr