AZ

Təhsilverənlərdən öz təhsil müəssisələrinin imicini "korlamamağı" tələb edirlər

Təhsilverənlər qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad prinsiplərinə riayət etməlidirlər. Bu barədə mayın 15-də Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda deyilir. 

Qərarda təhsilverənlərin sosial mediada davranış qaydaları da əksini tapıb. 

Belə ki,  2.3.2. bənddə deyilir ki, təhsilverən öz fəaliyyətilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. 

 4.3-cü bənddə  qeyd olunur ki,  təhsilverən sosial media hesablarında özünün və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Əvvəlki “Təhsilverənlərin etik davranış Qaydaları”nda bu məsələlər öz əksini tapmamışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
turan.az

1Mənbələr