AZ

Aktau Dəniz Ticarət Limanı Orta Dəhlizdə ticarəti stimullaşdərmaq üçün konteyner daşımalarında endirimlər təklif edir

Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların artırılması üzrə strateji addım çərçivəsində Qazaxıstanın Aktau dəniz ticarət limanı 2024-cü ildə konteyner daşımalarında əhəmiyyətli endirimlər təklif edir.

Yeni təklifə əsasən, 20 futluq konteynerin daşınması dəyəri 60 ABŞ dolları (ƏDV xaric), 40 futluq konteynerin qiyməti isə 80 ABŞ dolları (ƏDV istisna olmaqla) müəyyən ediləcək.

Bu güzəştli tariflər Ələtdəki Bakı Beynəlxalq Ticarət Limanında oxşar tarif düzəlişlər və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə operatorları tərəfindən dəmir yolu nəqliyyatında müvafiq daşımalara endirimlərdən asılı olacaq.

Bu təşəbbüs 2014-cü ildə yarandığı gündən bu yana əhəmiyyətli artım yaşayan TBNM-in davamlı inkişafında əsas addımdır.

2023-cü ildə bu marşrutla təxminən 2,7 milyon ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86% çoxdur. 2024-cü il üçün proqnozlara görə, bu rəqəm 4,2 milyon tona yüksələcək.

Qazaxıstanın Kurık limanı da yükgöndərənlərə və daşıyıcılara zəmanətli yük həcminə uyğun olaraq güzəştli şərtlər təklif etməyə hazırdır.

Bundan əlavə, 2024-cü ildə Kurık limanında dərinləşdirmə işlərinə və Aktau limanında konteyner qovşağının tikintisinə başlanacaq.

TBNM -in inkişafına investisiyalar hesabına maliyyələşdirilən bu layihələr Qazaxıstanın Kurık və Aktau limanlarının ötürücülük qabiliyyətini 50% (ildə 32 milyon tona qədər yük) və 2028-ci ilə qədər konteyner daşımalarını 3 dəfə (ildə 200 000 TEU-dan çox) artırmaq məqsədi daşıyır.

Liman infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, 2024-cü ilin sonunadək birgə nəqliyyat və logistika operator-şirkətinin yaradılması planlaşdırılır.

Bu şirkətdə türk və çinli tərəfdaşları iştirak edəcək, şirkət diqqətini TBNM marşrutu boyunca logistikanın optimallaşdırılmasına yönəldəcək.

Bu iddialı layihələr TBNM-ni Asiya ilə Avropa arasında daha qısa, daha sərfəli bağlantılar təklif edən, ənənəvi yükdaşıma marşrutlarına uyğun alternativ kimi göstərir.

İştirakçı ölkələrin birgə səyləri TBNM -ni Yeni İpək Yolunun dirçəldilməsinin əsas komponentinə çevirmək, bununla da ticarət, iqtisadi artım və regional əməkdaşlığı stimullaşdırmaq məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
turan.az

1Mənbələr