AZ

Rusiyalı turistlər Norveç gedə bilməyəcək

Rusiyalı

Norveç rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyub. Bənzər bir qərar 2022-ci ilin sentyabrında Rusiya ilə qonşu olan daha üç Avropa ölkəsi - Latviya, Litva və Estoniya tərəfindən də verilib.

Reyting.az
-ın məlumatına görə, Norveç hökumətinin bəyanatında bildirilir ki, turizm məqsədilə ölkəyə gələn Rusiya vətəndaşlarının Norveçə girişinə əlavə məhdudiyyətlər qoyulur.

Məlumata görə, Rusiya Federasiyası vətəndaşları üçün vizaların verilməsi qaydaları 2022-ci ilin yazında sərtləşdirilib, bundan sonra ruslara turist vizalarının verilməsi əsasən dayandırılıb. Yeni qaydaların qüvvəyə minməsi ilə onların ölkəyə giriş imkanları daha da məhdudlaşdırılacaq.

“Girişin məhdudlaşdırılması qərarı Norveçin Rusiyanın Ukraynaya qarşı qanunsuz təcavüzünə müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə cavab vermək zərurəti ilə bağlı mövqeyinə uyğundur”, - deyə ədliyyə və ictimai təhlükəsizlik naziri Emilie Enger Mehl bildirib.

Qeyd olunur ki, turizm və digər qeyri-vacib məqsədlər üçün gələn Rusiya vətəndaşlarının sərhədi keçərkən Norveçə girişinə icazə verilməyəcək. Bu, 2022-ci ilin yazında qaydalar sərtləşdirilənə qədər Norveç tərəfindən viza almış Rusiya vətəndaşlarına şamil edilir.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
reyting.az

1Mənbələr