AZ

Rubl nəhayət “dirildi”:“Bir ay ərzində hər şey dəyişə də bilər”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Aprel ayında rublun məzənnəsi Rusiyanın əsas ticarət tərəfdaşlarının valyuta səbətinə nisbətən mart ayı ilə müqayisədə 0,1% azalıb.

Banco.az-ın məlumatına görə, bu barədə Rusiya Bankı məlumat verib. Ticarət məlumatlarına əsasən, may ayı rubl üçün son dərəcə uğurlu ay ola bilər.

Fontvielle İnvestisiya Şirkətinin investisiya məsləhətçisi Maksim Fedorov bildirib ki, rublun məzənnəsinə təsir edən fundamental səbəblər var.  Ekspert deyib ki, bu yüksək faiz dərəcəsi və xarici valyuta gəlirlərinin bir hissəsinin ixracatçılar tərəfindən məcburi satışı ilə bağlıdır.

M. Fedorov rublun məzənnəsinə təsir edən ikinci mühüm amilin mövsümi olduğunu qeyd edib:

“May ayı dividendlərin ödənilməsi dövrünün başlanğıcı sayıldı. Bunun da ən böyüyü ixracatçıların payına düşür. Səhmdarlara ödəniş etmək üçün onlar nağd pulu konvertasiya edirlər, bu isə o deməkdir ki, bazarda xarici valyuta təklifi artır.

Üçüncüsü, ayın ikinci yarısında göstərilən amillərə daha bir amil əlavə edildi - bu, vergi dövrüdür. Son ayların təcrübəsi göstərir ki, şirkətlər xarici valyutanı son anda deyil, əvvəlcədən konvertasiya etməyə başlayıb. Rublun möhkəmlənməsi mayın 10-dan başlayıb. Tədricən Rusiya valyutası öz mövqelərini bərpa edərək hər gün bir dollar üçün 90 rubl səviyyəsinə yaxınlaşdı. Mayın 22-də o, nəhayət merika valyutası ilə münasibətdə 89,95 rubla düşdü. Bu gün rubl daha da irəli gedib, bir dollar üçün 89,75 rubla qədər möhkəmlənib. Bu həftə kifayət qədər vəziyyət yaxşıdır, amma gələn həftə dəyişiklik gözləyirəm”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
banco.az

1Mənbələr