AZ

Əmək haqqı və pensiyalar nə vaxt artırılacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son günlər aktual mövzusu olan büdcə müzakirələri barədə danışıb.

2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürüldüyünü xatırladan Vahid Əhmədov bildirib ki, büdcəyə yenidən baxılsa, bu rəqəm dəyişə bilər:

"Büdcə daxilolmalarının artıq olması təkcə neftin payına düşmür. Digər sahələrdən gəlirlər nəzərdə tutulandan da yüksək ola bilər. Dediyim kimi, sənəd Milli Məclisə daxil olduqda, bu barədə dəqiq məlumat verə bilərik".

Məsələ barədə Banco.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki,  hazırda gedən müzakirələr bilavasitə 2025-ci ilə fokuslanmış müzakirələrdir:

“Həm həm əmək pensiyalarının, həm minimum əmək haqqının, həm digər ödənişlərdə olan artımların gözlənilməsi bilavasitə hesab edirəm ki, 2025-ci  ilə təsadüf edəcəkdir. Mən bütün hallarda  hansısa bir artımın olacağını mən gözləmirəm.

Hesab edirəm ki, büdcəyə iyul- avqust aylarında baxıla bilər. Bu müzakirələr zamanı isə daha çox milli təhlükəsizlik, hərbi, o cümlədən də işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə görə aparılan  xərclərin artırılması daha çox üstünlük təşkil edəcək.”

İqtisadçı Rəşad Həsənov Banco.az-a bildirib ki, 2025-ci ildə sosial müavinətlərə, təqaüdlərə yenidən baxılacaq, minimum əmək haqqı artırılacaq:

“2023-cü ildə inflyasiyanın təxminən doqquz faiz səviyyəsində olması 2024-cü il üçün çox böyük çağırışlar yaratdı. Amma hələlik bu istiqamətdə addımların atılması müzakirə mövzusu deyil. Hər il qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyalar indeksləşdirilir. Minimum pensiyanın həddinin artırılması ehtimalı isə 2025-ci il üçün daha yüksəkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
banco.az

1Mənbələr