AZ

Bakıda küləkli hava, regionlarda yağış gözlənilir

Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə müsbət 13+17, gündüz müsbət 21+26 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 10+15, gündüz müsbət 18+23, dağlarda gecə müsbət 3+8, gündüz müsbət 10+15 dərəcə olacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
333
49
turan.az

10Mənbələr