AZ

Ələsgər Məmmədlinin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər

“Toplum” TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin vəkilləri onun ev dustaqlığına buraxılması üçün yeni vəsatət qaldırıblar. Bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, bu gün Ələsgər Məmmədli istintaq təcridxanasından zəng edib.

“Saxlanma şəraitindən narazılığı olmasa da, səhhətindəki problemin onu getdikcə daha çox narahat etdiyini bildirdi. Təcridxanada ümumi qan analizləri götürülüb və ultrasəs müayinəsi olunarkən orqanizmdə bir sıra mənfi dəyişikliklər təsdiq olunub. Mədəaltı vəzin, qaraciyərin və qalxanvarı vəzin ölçülərində və funksiyasında dəyişiklik var”, - Nəsimi Məmmədli  deyib.

Xüsusilə də qalxanvarı vəzində aşkar olunan 23 millimetrlik düyündən iynə biopsiyasının götürlməməsinə görə narahatlığı davam edir.

Nəsimi Məmmədli deyib ki, vəkillər effektli müalicəyə özəl klinikalarda başlanılması üçün ev dustaqlığı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Bundan əlavə, mayın 22-də vəkillər Ələsgər Məmmədlinin ev dustaqlığına buarxılması üçün vəsatət qaldırıblar ki, o, özəl klinikada effektiv müalicə ala bilsin.

Vəsatətə ya bu həftənin sonunda, ya da gələn həftənin əvvəlində baxılacaq.

Nəsimi Məmmədli qeyd edib ki, mayın 24-də Ələsgər Məmmədlinin doğum günüdür, 56 yaşı tamam olur.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, martın 8-də “Toplum” TV-nin təsisçisi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən pul qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

Bundan əvvəl, martın 6-da “Toplum” TV və Demokratik Təşəbbüslər İnstitutunun 7 əməkdaşı saxlanılıb. Onlardan beşi həbs edilib, ikisi polis nəzarətinə verilib.

Beynəlxalq təşkilatlar “Toplum” TV və digər KİV, xüsusən də “Abzas Media”, “Kanal-13” işi üzrə həbs olunanların cinayət təqibinə son qoymağa çağırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
38
turan.az

10Mənbələr