AZ

“Microsoft” milyardlarla dollar cərimələnə bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası “Microsoft”dan “Bing”də generativ süni intellektin istifadəsi ilə bağlı məlumat verməsini tələb edib. Əks halda korporasiyanı cərimə gözləyir.

Banco.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası mayın 27-dək “Bing” axtarış sistemində generativ süni intellekt xüsusiyyətləri ilə bağlı risklər haqqında adekvat məlumat təqdim etməsə “Microsoft”u cərimələyə bilər.

Komissiya xəbərdarlıq edib ki, sorğuya məhəl qoymamaq şirkətin illik mənfəətinin və ya qlobal dövriyyəsinin 1%-i məbləğində cərimə, eləcə də orta gündəlik mənfəətinin 5%-ə qədər cərimə riski daşıyır. Bundan əlavə, tənzimləyici korporasiyanın cavabını natamam və ya yanıltıcı hesab edərsə, o zaman “Microsoft” ayrıca illik qlobal gəlirin 1 %-i məbləğində cərimələnəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
banco.az

1Mənbələr