AZ

ABŞ-da istifadə olunmuş mənzillərin satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında ABŞ-da ikinci əl (daha əvvəl istismara verilmiş) mənzillərin satışı azalıb.

Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) aprel ayı üzrə ikinci əl mənzillərin satış məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə ötən ay ikinci əl mənzillərin satışı mövsümi təsirlərdən kənarlaşdırılmış əsasda 1,9 faiz azalaraq 4,14 milyona düşüb.

Proqnozlar 4,21 milyona işarə edirdi.

Bu dövrdə üç ayın ən aşağı səviyyəsinə enən ikinci əl mənzillərin satış səviyyəsi mart ayında da 4,3 faiz azalaraq 4,19 milyon təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
banco.az

1Mənbələr