AZ

Cənubi Koreya çip sənayesini dəstəkləmək üçün külli miqdarda vəsait ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya çip sənayesini dəstəkləmək üçün 19 milyard dollarlıq təşviq paketi elan edib.

Banco.az xəbər verir ki, bu qərar rəqabətin getdikcə daha da artdığı bir sənayedə liderlik üçün yarışan "Samsung Electronics" və "SK Hynix" kimi şirkətlər üçün üstünlük kimi şərh edilib.

Prezident aparatının bəyanatında 26 trilyon vonluq proqramın müəyyən investisiyalar üçün 17 trilyon von maliyyə dəstəyi ilə yanaşı vergi güzəştlərini də ehtiva etdiyi bildirib.

Xatırladaq ki, sözügedən ümumi məbləğ iki həftədən az bir müddət əvvəl maliyyə naziri Çoi Sang-mokun təklif etdiyi 10 trilyon vondan iki dəfə çoxdur.

Qeyd edək ki, dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan Koreya investisiya səylərinə rəhbərlik etmək üçün uzun müddətdir ki, "Samsung" və "SK" kimi özəl konqlomeratlara üstünlük verir. Lakin artıq hökumət Seuldan kənarda meqa çip fabrikləri klasteri inşa etmək planlarına rəhbərlik edərək daha fəal rol oynamağa başlayır. Elan edilmiş bu paket Asiya ölkəsinin indiyə qədər çip sənayesinə ən böyük dəstəyini əks etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
banco.az

1Mənbələr