AZ

Koreya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Koreya Mərkəzi Bankı uçot dərəcəsini 3,5 faiz səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BOK) iqtisadçıların proqnozlarına uyğun olaraq gösyərici faiz dərəcəsini 3,5 faiz səviyyəsində saxlayıb.

Bu, Koreya Mərkəzi Bankının faiz dərəcələrini sabit saxladığı ardıcıl 11-ci görüş olub.

BOK bu il iqtisadiyyatın 2,5 faiz artacağını gözləyir ki, daha əvvəl bu proqnoz 2,1 faiz idi.

Qeyd edək ki, iqtisadçıların sorğusuna əsasən, mərkəzi bankın dördüncü rübdə faiz dərəcələrini 50 baza bəndi azaldacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
banco.az

1Mənbələr