AZ

Sabirabadda İctimai Şura üzvləri

22 may 2024-cü il tarixdə rayon Mədəniyyət Mərkəzində Sabirabad rayon İcra Hakimiyyəti  yanında İctimai şuranın şura üzvləri rayonun ictimai fəal xanımlarının iştirakı ilə birlikdə "Qadınların ictimai iştirakçılıqda rolunun gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Sabirabad RİH yanında İctimai şuranın sədri Güləndam Səmədova çıxış edərək qadınların ictimai işlərə cəlb olunması üçün görülən işlər barədə müzakirələr aparılmalı, ictimai işlərdə iştirakı bundan sonra da artırmaqçün təkliflər irəli sürülməsinin vacibliyini qeyd etmişdir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
ictimaishura.az

1Mənbələr