AZ

Bu marketin qarşısında dayanmayın! - Kamera ilə cərimə yazılır - VİDEO

Bakı-Qazax yolunun 312-ci kilometrliyində dayanma-durma qaydasını pozan sürücülər məsuliyyətə cəlb edilir. Avtosfer.az xəbər verir ki, bu barədə bir neçə sürücü barəsində tərtib edilmiş protokolu sosial şəbəkədə paylaşıb. Belə ki, sözügedən yolun Goran rayonu ərazisindən keçən hissəsində sürücülər 3.28 nişanının tələbini pozaraq marketə alış-verişə gedirlər. Bu zaman yolun kənarındakı kamera vasitəsilə cərimə tətbiq edilir.

Sürücülər düşünürlər ki, 3.28 nişanının təsir sahəsində müəyyən vaxt ərzində dayanmaq olar. Qanunvericiliyə görə, bu nişan yalnız yük vurub-boşaltmaq üçün və bir də sərnişin mindirib-düşürmək üçün dayanmağa icazə verir. Digər hallarda sürücü dayanıb sərnişinin marketə gedib-gəlməsini gözləyirsə və yaxud özü marketə gedirsə dayanmış deyil, durmuş hesab olunur. Bu səbəbdən də tərtib edilmiş cərimə haqlı hesab edilir.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
avtosfer.az

1Mənbələr