AZ

Ərdoğan Sərvər Bəşirliyə mükafat verdi / FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan köhnə avtomobilində ölkədəki dəhşətli zəlzələdən zərərçəkənlərə humanitar yardım aparan azərbaycanlı Sərvər Bəşirliyə “Sədaqət Mükafatı” (Vəfa Ödülü) verildiyini elan edib.

2023-cü ilin fevral ayında Azərbaycan sakini qardaş ölkədə təbii fəlakət zonasının sakinləri üçün yardım aparan ilk şəxslərdən biri olub. Daha sonra o, Türkiyənin Adıyaman şəhərində xilasetmə əməliyyatında şəxsən iştirak edib.Ankarada Prezident Kompleksində keçirilən mükafatlandırma mərasimində çıxış edən Türkiyə lideri bildirib ki, dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan yaxşı insanların üzərində dayanır.

Qeyd edək ki, Sərvər Bəşirli bu il Türkiyənin “Sədaqət Mükafatı”na layiq görülən iki əcnəbidən biri olub.

1500678

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
50
millitv.net

10Mənbələr